Azərbaycanlı futbolçu: Xarici klublardan mənimlə maraqlananlar olub
Bakı, 7 yanvar, AZƏRTAC
“Yanvarın 5-dən hazırlıqlara start vermişik. Hər şey plana uyğun gedir”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında “Araz-Naxçıvan” klubunun futbolçusu Orxan Əliyev mövsümün ikinci hissəsinə hazırlıqla bağlı danışarkən deyib.
28 yaşlı hücumçu üçüncü və dördüncü dövrələrin daha maraqlı keçəcəyini bildirib: “Birinci dövrədə qeyri-sabit çıxış etdiyimizi deyirlər. Bu,futboldur, hər şey gözləmək olar. “Qarabağ” kimi komandaya qalib gəldik, son turda isə “Turan Tovuz”a uduzduq. Tovuz səfərindən xalsız qayıtmaq istəməzdik. Hər komandada çatışmazlıq olur. Ancaq biz özümüzə inanırıq. Daha çox xal yığıb yaxşı yerlərdə olmaq istəyirik”.
Öz çıxışından da söz açan forvard əlavə edib: “Özümü daha yaxşı tərəfdən göstərə bilərdim. Amma birinci dövrədəki performansım pis alınmadı”.
O. Əliyev qış transfer dövründə təkliflərinin olub-olmaması ilə bağlı suala da cavab verib: “Yerli və xarici klublardan maraqlananlar olub. Ancaq konkret təklif yoxdur”.
Qeyd edək ki, Orxan Əliyev cari mövsüm Premyer Liqada 5 qol vurub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]