AZƏRBAYCANLI GƏNCLƏR ÖZBƏKİSTANDA HƏMRƏYLİK GÜNÜNÜ QEYD ETMİŞLƏR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının (AMMA) Gənclər Mərkəzi Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə mərasim keçirmişdir.
Daşkəndin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı və türk tələbələrin iştirak etdikləri mərasimdə AMMA-nın icraçı katibi Firdovsi Hüseynov və assosiasiya sədrinin müavini Xasay Abdullayev soydaşlarımızın birliyinin möhkəmlənməsində bu bayramın böyük əhəmiyyəti olduğunu bildirmiş, həmrəylik gününün ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd etmişlər.
Gənclər sazda qədim el havalarını, “Azəri qızları” uşaq rəqs ansamblının üzvləri isə milli rəqslərimizi ifa etmişlər.
Mərasimdə mahnı, rəqs və bir sıra digər müsabiqələr keçirilmiş, qaliblərə hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]