Azərbaycanlı kikboksinq hakimi Ukraynada keçirilən turnirdə mükafatlandırılıb
Bakı, 17 dekabr, AZƏRTAC
Ukraynanın paytaxtı Kiyevdə WAKO təqviminə uyğun olaraq kikboksinq üzrə beynəlxalq turnir “Wizard Open” keçirilib.
AZƏRTAC xəbər verir ki, turnirə Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədri, beynəlxalq “A” dərəcəli hakim Aydın Ağabəyov da ədalət təmsilçisi kimi dəvət edilib.
Aydın Ağabəyov turnirin final döyüşlərini və qala gecəsini idarə edib. O, yarışın seçilmiş hakimi kimi Ukrayna Kikboksinq Federasiyasının mükafatına layiq görülüb.