Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycanlı musiqiçinin arzusu Heydər Əliyev Fondunun dəstəyi ilə paralimpiyaçılarımız tərəfindən həyata keçirildi VİDEO

Tokio, 5 sentyabr, AZƏRTAC

Yaponiyanın Hamamatsu şəhərinə səfər edən Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (ARMPK) əməkdaşları bu şəhərdə yerləşən Dünya Musiqi Alətləri Muzeyinə Heydər Əliyev Fondunun hədiyyəsi olan tar, kamança və qaval təqdim ediblər.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, bu münasibətlə muzeydə keçirilən mərasimdə Azərbaycanın Yaponiyadakı səfirliyinin birinci katibi Rövşən Cəfərov, ARMPK-nın şöbə müdiri Rüfət Hacılı və mətbuat katibi Azər Tapdıqov, Azərbaycan Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər iştirak ediblər.

Əvvəlcə qonaqlara muzey haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, muzey 1995-ci ilin aprelində təsis edilib. Məqsəd həm yapon, həm də dünya xalqlarının qədim və müasir musiqi alətləri haqqında müxtəlif ölkələrdən toplanmış alətlər vasitəsilə ziyarətçilərdə ayrı-ayrı xalqların musiqi mədəniyyəti barədə təsəvvür yaratmaqdır. Muzeyin yaradılmasına məşhur “Yamaha” pianinolarının Hamamatsu şəhərində istehsalı da mühüm təsir göstərib. Bildirilib ki, muzeyin iki mərtəbəsində, qitələr və ölkələr üzrə bölmələrdə toplanmış çoxsaylı alətlər demək olar ki, Yer kürəsinin bütün qitələrindən və müxtəlif ölkələrdən gətirilib. Muzeyə Asiya, Avropa, Afrika, Şimali və Cənubi Amerika, Avstraliyadan gətirilmiş bu alətlər ziyarətçilərdə həmin xalqların həm qədim, həm də müasir mədəniyyəti barədə təsəvvür yaradır. Çox geniş sahəyə malik olan muzeydə konsertlərlə yanaşı, elmi seminarlar, simpoziumlar da keçirilir. Muzeyin kuratoru xanım Savako İşii muzeydəki eksponatlar, onların gətirildiyi ölkələr barədə də qonaqlara ətraflı məlumat verib.

Sonra muzeyin direktoru Masayuki Tsurutanın iştirakı ilə Azərbaycan milli musiqi alətlərinin muzeyə təqdim olunması mərasimi keçirilib. Bildirilib ki, Azərbaycan ilə Yaponiya arasında müxtəlif sahələrdə, həmçinin mədəniyyət sahəsində sıx əməkdaşlıq mövcuddur. Azərbaycanlı musiqiçilərin Yaponiyada, yapon musiqiçilərin isə ölkəmizdə çoxsaylı konsertləri təşkil edilib. 2018-ci ildə TÜRKSOY-un 25 illiyi münasibətilə Yaponiyada təşkil edilən turne zamanı Hamamatsu muzeyində olan azərbaycanlı musiqiçi Babək Quliyev burada Azərbaycan milli musiqi alətlərinin olmamasından təəssüflənib və bunu Yaponiyadakı diaspor təşkilatımızın fəallarına bildirib. Məsələ 2020-ci ildə Azərbaycan Milli Paralimpiya Komitəsinin “Host town” proqramının təşkili ilə əlaqədar Tokioya gəlmiş AMPK-nın şöbə müdiri ilə müzakirə olunub və paralimpiyaçılarımız məsələnin müsbət həllinə çalışacaqlarını bildiriblər.

Təşəbbüs Heydər Əliyev Fonduna çatdırıldıqdan sonra bəyənilib və milli musiqi alətlərimizin tezliklə Hamamatsu Dünya Musiqi Alətləri Muzeyinə təqdim olunmasına dəstək verilməsi qərara alınıb.

Qeyd edilib ki, bu gün muzeyə təqdim edilən tar, kamança və qaval vasitəsilə ifa edilən muğam sənəti 2008-ci ildə, tar isə 2012-ci ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib.

Tədbirdə çıxış edən R.Cəfərov Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadənin salamlarını çatdırıb, Azərbaycan və Yaponiya arasında dost münasibətlər barədə söz açıb. Şizioka prefekturasının qubernatoru Kavakatsu ilə səfirin görüşlərini xatırladan R.Cəfərov Yaponiyanın İto şəhəri ilə Azərbaycanın İsmayıllı şəhərinin dostlaşmış şəhərlər olması barədə məlumat verib. O, Azərbaycan paralimpiyaçılarının uğurlarından bəhs edərək, idmançılarımızın 14 qızıl medal qazındığını vurğulayıb. Yaponiyanın Şika şəhərində “Host-town” proqramına qatılan paralimpiyaçılarımızın yarışlara yaxşı hazırlaşması üçün yaradılmış şəraitin çox yüksək olduğunu qeyd edən birinci katib şəhər sakinlərinin yığmamıza mənəvi dəstək verdiyini bildirib.

Gələn il Azərbaycanla Yaponiya arasında diplomatik əlaqələrin yaradılmasının 30 illiyinin qeyd ediləcəyini xatırladan diplomat Yaponiyanın və Azərbaycanın qədim tarixə və milli mədəni ənənələrə malik olduğunu diqqətə çatdırıb. R.Cəfərov Azərbaycanın dünya irsinə töhfələri barədə məlumat verib, o cümlədən Azərbaycanın mədəni irs nümunələrinin UNESCO tərəfindən qorunduğunu deyib. Bu irsin nümunələrinin Heydər Əliyev Fondu tərəfimdən muzeyə hədiyyə olunduğunu və bu hədiyyələrin muzeyə çatdırılması kimi şərəfli missiyanı Azərbaycan Paralimpiya yığmasının nümayəndələrinə həvalə edildiyini vurğulayıb. Musiqi alətlərinin muzey eksponatları arasında layiqli yer tutacağını və ziyarətçilər tərəfindən maraqla qarşılanacağına əmin olduğunu bildirib.

Çıxış edən Rüfət Hacılı ARMPK-nın prezidenti İlqar Rəhimovun salamlarını tədbir iştirakçılarına çatdırıb və bu gözəl təşəbbüsün gerçəkləşməsində paralimpiyaçıların əməyinin qürurverici olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın paralimpiyaçılara daim dəstək olduqlarını vurğulayan R.Hacılı Yaponiyada paralimpiyaçılarımızın rekord nəticələr göstərməsinin bütün Azərbaycan üçün qürurverici olduğunu deyib.

Muzeyin direktoru Masayuki Tsuruta qiymətli hədiyyələrə görə, qonaqlara minnətdarlığını bildirib. O qeyd edib ki, son günlər Azərbaycan paralimpiyaçılarının Tokioda nümayiş etdirdiyi performans hamı tərəfindən böyük heyranlıqla qarşılanır. Bu Azərbaycan xalqının nə qədər istedadlı və bacarıqlı olduğunu bir daha təsdiq edir.

Muzeyə təmənnasız olaraq təqdim edilən hədiyyələrə görə Heydər Əliyev Fonduna və Milli Paralimpiya Komitəsinə minnətdarlığını bildirən direktor Azərbaycanın UNESCO-nun fəaliyyətinə böyük dəstək verməsindən xəbərdar olduqlarını da bildirib. Masayuki Tsuruta qeyd edib ki, Yaponiyanın bir çox mədəniyyət abidələri UNESCO-nun Bakıda təşkil edilən konfransları zamanı Bəşəriyyətin Qeyri-Maddi İrsi Siyahısına daxil edilib. Yapon xalqı bunu yaxşı bilir və yüksək qiymətləndirir.

Azərbaycan Paralimpiya Komitəsinin nümayəndə heyətinin təqdim etdiyi musiqi alətlərinin muzeydəki xüsusi guşədə yerləşdiriləcəyini qeyd edən direktor bu alətlər barədə həm yerli sakinlərə, həm də dünyanın hər yerindən Yaponiyaya gələn ziyarətçilərə ətraflı məlumat veriləcəyini də bildirib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azərbaycanlı musiqiçinin arzusu Heydər Əliyev Fondunun dəstəyi ilə paralimpiyaçılarımız tərəfindən həyata keçirildi VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb

Azərbaycan cüdoçusu dünya çempionatının finalına vəsiqə qazanıb

Azərbaycan BMT-nin Qadınlar üzrə Agentliyi ilə əlaqələri genişləndirir

Ekspert: Müəllim üçün geyim standartı vahid forma demək deyil

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Muğam, dəniz və poeziya: Azərbaycan və Omanın musiqi ənənələrini birləşdirən cəhətlər

Dastan Ospanov: Orta Dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir – MÜSAHİBƏ

Müqayisəli iqtisadi tədqiqatlarda yeni metodoloji yanaşmalar təqdim edilib – elmi seminar

Dövlət satınalmalarının vahid internet portalında süni intellektəsaslı yeni funksiya tətbiq edilib

Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

Polşada məktəbdə bıçaqlı hücum: 7 nəfər yaralanıb

Gürcüstanın beynəlxalq valyuta ehtiyatları 50,5 faiz artıb

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

Xalq artisti Gülyaz Məmmədova: "Laylay" klipində hər bir detal milli dəyərlərimizin təbliğinə xidmət edir VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb  YENİLƏNİB  VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfrans işə başlayıb YENİLƏNİB VİDEO

Çexiya Aİ-nin SAFE müdafiə mexanizmi çərçivəsində ilk maliyyə tranşını alıb

Azərbaycanın iki cüdoçusu bu gün dünya çempionatında medal qazana bilər

Türk ekspert: Orta Dəhliz Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirir