Azərbaycanlı tələbələr Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Vilnüs, 1 mart (AZƏRTAC). Heydər Əliyev Fondu və Litva dövləti arasında bağlanmış müqaviləyə əsasən, 20-ə yaxın azərbaycanlı tələbə 2010-cu ilin sentyabrından Litva Respublikasında təhsil alır. Tələbələrin bir qismi Vilnüsdə, qalanları Kaunasda yaşayır. Bu gənclər müxtəlif şəhərlərdə yaşasalar da, onları birləşdirən dövlət mənafeləri və milli maraqlar eynidir.
Xocalı soyqırımının 19-cu ildönümü ilə əlaqədar azərbaycanlı tələbələr fevralın 25-də Kaunasda tədbir təşkil etmişlər. Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən tədbirdə “Xocalıya ədalət” kampaniyası çərçivəsində 100-ə yaxın yerli və əcnəbi tələbə, habelə azərbaycanlı tələbələrin təhsil aldığı Vitautas Maqnus Universitetinin professor-müəllim heyəti iştirak edirdi.
Əvvəlcə Azərbaycan tarixinə həsr edilmiş videoçarx nümayiş etdirilmişdir. Tədbirin əsas hissəsində Xocalı soyqırımı haqqında məlumat verilmiş, qısametrajlı film göstərilmişdir. “Odlar yurdu” təşkilatının dəstəyi ilə azərbaycanlı tələbələr tərəfindən ingilis və Litva dillərində hazırlanmış, ermənilərin insanlığa qarşı törətdiyi cinayətdən bəhs edən bukletlər qonaqlara paylanmışdır.
Nigar Hüseynova
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]