AZƏRBAYCANLI TƏLƏBƏLƏRİN MİSİRDƏKİ “VƏTƏN” TƏŞKİLATININ “AZƏRBAYCAN” QƏZETİNİN NÖVBƏTİ NÖMRƏSİ ÇAP OLUNMUŞDUR
AZƏRTAC xəbər verir ki, azərbaycanlı tələbələrin Misirdəki “Vətən” təşkilatının mətbu orqanı olan “Azərbaycan” qəzetinin növbəti nömrəsində Azərbaycan Prezidenti İlham Əliyevin Misirə rəsmi səfəri, keçirdiyi görüşlər, Bakı-Tbilisi-Ceyhan neft kəməri də daxil olmaqla, ölkəmizin iştirak etdiyi beynəlxalq layihələr haqqında məqalələr dərc olunmuşdur.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, min nüsxə tirajla çap olunmuş qəzetin növbəti nömrəsində ümummilli liderimiz Heydər Əliyev, Dağlıq Qarabağ həqiqətləri, Naxçıvanın tarixi və mədəniyyəti haqqında, habelə Böyük İpək Yolu, tanınmış musiqiçi Sərvər Qəniyev barədə və digər mövzularda məqalələr verilmişdir. Qəzetdə misirli müəlliflərin məqalələri də dərc olunmuşdur.
Qəzetin nüsxələri Misirin rəsmi və qeyri-rəsmi qurumlarına, universitetlərə, kitabxanalara, həmçinin Azərbaycanın digər ərəb ölkələrindəki səfirliklərinə pulsuz göndərilməsi nəzərdə tutulmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]