Azərbaycanlı Xanlar Paşabəyov Dağıstanın Dərbənd şəhərinin meri seçilib
Moskva, 11 iyun, AZƏRTAC
Dağıstanın keçmiş ədliyyə naziri, azərbaycanlı Xanlar Paşabəyov yekdilliklə Dərbənd şəhərinin meri seçilib.
AZƏRTAC şəhər icra hakimiyyətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, şəhər şurasının deputatları səsvermənin yekunlarına görə Xanlar Paşabəyovun namizədliyini dəstəkləyiblər, burada Rasim Qaziəhmədov və Rəsul Hacımusayevin namizədliyinə də baxılıb.
Mer seçilməzdən əvvəl X.Paşabəyov 2022-ci ildən Dağıstan Respublikasının ədliyyə naziri vəzifəsini tutub, əvvəllər isə respublika Xalq Məclisinin deputatı olub və regionun Dövlət Əmlakının İdarə Edilməsi Nazirliyinə rəhbərlik edib.
Aprelin 30-da o, Əhməd Quliyevin istefasından sonra şəhər başçısının səlahiyyətlərini icra edən şəxs kimi meriya kollektivinə təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]
Fransada dövlət sektorunda ümummilli tətil keçirilir
- 29.09.2026 [11:40]
İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]