AZƏRBYCAN CÜDOÇULARI DÜNYA KUBOKU TURNİRİNDƏ İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın cüdo üzrə kişilərdən ibarət yığma komandası aprelin 28-29-da Romada dünya kuboku uğrunda yarışda qüvvəsini sınayacaqdır.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, yarışda ölkəmizin idman şərəfini Nicat Şıxəlizadə (60 kq), Elçin İsmayılov və Ramil Qasımov (66 kq), Elnur Məmmədli və Araz Muxtarov (73 kq), Mehman Əzizov və Elxan Rəcəbli (81 kq), Elxan Məmmədov (90 kq) və Mövlud Mirəliyev (100 kq) təmsil edəcəklər.
Həmin müddətdə Danimarkada qadınlar arasında dünya kuboku turniri keçiriləcəkdir. Bu yarışda Azərbaycanı son Avropa çempionatının bürünc mükafatçısı Kifayət Qasımova və Şəhanə Alməmmədova (57 kq), Ramilə Yusubova (63 kq) təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [17:43]
İngiltərə millisi Çexiya ilə matça ciddi itkilərlə çıxacaq
- 05.10.2026 [16:28]
Azərbaycan gimnastı Böyük Britaniyada 2 qızıl medal qazanıb
- 05.10.2026 [15:25]
İbrahimoviç ad günündə özünə bahalı “Ferrari” hədiyyə edib
- 05.10.2026 [14:50]