AZERCELL EKSPRES ŞAMAXIDA
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azercell Telekom Birgə Müəssisəsi Şamaxı şəhərində Azercell ekspresin filialını açmışdır. Noyabrın 24-də şəhər ictimaiyyəti nümayəndələrinin iştirakı ilə ofisin açılış mərasimi olmuşdur. Rayon icra hakimiyyətinin başçısı Natiq Məmmədov, Azercell Telekomun baş direktoru Sərdar Canoğulları və digər çıxış edənlər son illər bölgənin sosial-iqtisadi həyatında baş verən yeniliklərdən, əhaliyə xidmət sahələrinin inkişafından danışmışlar. Qeyd edilmişdir ki, təkcə Şamaxıda Azercellin 12 min abonenti vardır. Filialda onlara satış, ödəmə və müştəri xidmətləri göstəriləcəkdir.
Yaxın aylarda daha 5 rayonda Azercellin filialları fəaliyyətə başlayacaqdır.