AZERCELL YENİ TARİF PAKETİ TƏQDİM ETMİŞDİR
Tarif paketinə qoşulmaq üçün Azercell Ekspress ofislərinə müraciət etmək və yaxud 650 qısa nömrəsinə “optimist” yazıb mesaj göndərmək lazımdır. Bu müraciətlə çıxış edən abonentin tarif paketi növbəti aydan etibarən dəyişəcək. Digər tarif - “Ekonom”, “Standart”, “Biznes” paketlərinə keçmək və ya qayıtmaq üçün də eyni qaydada (paketin adını yazaraq 650 qısa nömrəsinə göndərmək) müraciət etmək olar. Yeni tariflərə görə, şəbəkədaxili zənglərdə qiymətlər vaxt intervalına görə fərqlənir. Vaxt intervalları isə abonentin fakturaalma dövrü ərzində şəbəkədaxili zəng müddətinin cəminə əsasən müəyyən edilir.
“Optimist” paketinin digər paketlərdən daha bir mühüm fərqi aylıq sabit haqqın olmamasıdır. Amma ay (faktura dövrü) ərzində istifadə 2 AZN məbləğini keçməzsə, abonentdən əlavə 2 AZN haqq hesablanacaq. Bu paketdə, həmçinin pik/qeyri-pik fərqləndirməsi nəzərdə tutulmur.