“Azəriqaz”: Güclü külək təbii qaz təsərrüfatına ziyan vurub
Bakı, 25 fevral, AZƏRTAC
Gəncə şəhərində bu gün günorta saatlarında T.Arani küçəsində güclü küləyin təsirindən 7 saylı yaşayış binasının dam örtüyü uçub. Bu zaman binanın qarşısından keçən diametri 100 millimetr olan təbii qaz xətti də yararsız hala düşüb. Hazırda binanın cəmi 10 abonentinin təhlükəsizlik baxımından qaz təchizatı dayandırılıb.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, Samux rayonunun Zazalı kəndində isə güclü külək qaz xəttini yerindən oynadıb və nəticədə 5 abonentin qaz sayğacına ziyan dəyib. Təhlükəsizlik tədbiri olaraq dərhal həmin evlərin qaz təchizatı müvəqqəti dayandırılıb. Bərpa işlərinə başlanılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [19:09]
Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
- 16.10.2026 [19:02]
Milli-mənəvi dəyərlər cəmiyyətin sabitliyinin təməlidir
- 16.10.2026 [17:57]
TƏBİB-in icraçı direktoru Qubada vətəndaşların müraciətlərini dinləyib
- 16.10.2026 [17:47]
Səyyar Gənclər Xidmətinin növbəti dayanacağı Ucar olub
- 16.10.2026 [17:38]
Qarabağ Universiteti “Rebuild Karabakh” sərgisində təmsil olunur
- 16.10.2026 [17:26]