“Azəriqaz” İB-də 31 mart soyqırımı qurbanlarının xatirəsi anılmışdır
Bakı, 29 mart (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyində (İB) 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyasının ərazi ilk partiya təşkilatı sədrinin müavini Cəlal Musayev ermənilərin azərbaycanlılara qarşı misli görünməmiş vəhşilik və qəddarlıqla törətdikləri bu qanlı faciənin tarixinə nəzər salmışdır. Qeyd etmişdir ki, XX əsrin əvvəllərində ermənilər tərəfindən törədilmiş soyqırımı mənfur qonşularımızın təcavüzkar xislətini bir daha bütün dünyaya nümayiş etdirmişdir.
Çıxış edənlər 1998-ci ildən etibarən martın 31-nin dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edildiyini vurğulayaraq, bu günün son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəvi hadisələrin xalqın yaddaşına həmişəlik həkk olunmasını özündə əks etdirdiyini bildirmişlər. Qeyd olunmuşdur ki, azərbaycanlıların kütləvi qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsrin ən faciəli və dəhşətli səhifələrindəndir.
Tədbirdə faciə qurbanlarının heç vaxt unudulmayacağı vurğulanmış və işğal olunmuş torpaqlarımızın Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə erməni tapdağından azad olunacağına əminlik ifadə olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]