“Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə görüş keçiriləcək
Bakı, 23 fevral, AZƏRTAC
“Azəriqaz” İstehsalat Birliyinin (İB) inzibati binasında növbəti “Açıq qapı” aksiyası fevralın 24-də saat 11:00-da başlayacaq.
İB-dən AZƏRTAC-a bildirilib ki, aksiya feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq.
Hər bir media qurumu, qeyri-hökumət təşkilatının nümayəndəsi və sosial şəbəkə fəalları (bloger) tədbirə dəvətlidir.