“Azəriqaz”: Mənzillərdə və sənaye obyektlərində texniki müayinələr aparılır
Bakı, 19 yanvar, AZƏRTAC
Yanvar ayından etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinələrə başlayıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.
O bildirib ki, bu işə xüsusi diqqətin əsas və yeganə səbəbi abonentlərin qazdan təhlükəsiz istifadə etməsidir: “Texniki şərtdən kənara çıxma halları çoxdur. Buna misal olaraq mətbəxin yerinin dəyişdirilməsi, qaza adekvat olmayan cihazların quraşdırılması, qaz cihazlarının növlərinin dəyişdirilməsi və bu kimi hallardır. Texniki müayinələrin məqsədi məhz bu kimi halları aradan qaldırmaq və abonent təhlükəsizliyini təmin etməkdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.10.2026 [21:16]
Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur
- 09.10.2026 [20:29]
SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib
- 09.10.2026 [18:59]
Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib
- 09.10.2026 [18:57]
Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir
- 09.10.2026 [17:59]
Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir
- 09.10.2026 [17:47]