“Azəriqaz”da Mülki Müdafiə Günü qeyd olunub
Bakı, 1 mart, AZƏRTAC
1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar “Azəriqaz” İstehsalat Birliyində “Milli iqtisadiyyatın qorunmasına yönəlmiş güclü mülki müdafiə” mövzusunda tədbir keçirilib.
“Azəriqaz”dan AZƏRTAC-a bildirilib ki, videokonfrans formatda keçirilən tədbirdə birliyin Mülki müdafiə qərargahının rəisi Əlibaba Bayramov mülki müdafiə sisteminin işindən, bu sahədə həyata keçirilən tədbirlərdən söz açıb. Ə.Bayramov vurğulayıb ki, texnogen qəzalar, təbii fəlakətlər və epidemiyalarla mübarizənin məqsədi, xarakteri, prinsipləri və üsulları barədə, eləcə də ekstrimal şəraitdə iqtisadiyyatın dayanıqlı fəaliyyətə әvvəlcədən hazırlanması üzrə elmi cəhətdən əsaslandırılmış və dövlət tərəfindən rəsmən qəbul edilmiş vahid baxışlar sistemi işlənib hazırlanmalı və reallaşdırılmalıdır. Məhz bu yol ilə problemləri həll etmək mümkündür.
Daha sonra fövqəladə hallar şəraitində respublikada əhalinin, iqtisadiyyatın, təbii mühitin mühafizəsi sahəsində dövlət siyasətinin və fəaliyyətinin nəzəri və əməli əsaslarını təşkil edən, milli təhlükəsizlik doktirinasının ayrılmaz tərkib hissəsi olmaqla mülki müdafiə konsepsiyasının hazırlanması və qəbul edilməsinə ciddi ehtiyac olduğu tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]