“Azəriqaz”da rəis müavini tutduğu vəzifədən azad edilib
Bakı, 25 fevral, AZƏRTAC
Fevralın 25-də Ağsu Regional Qaz İstismarı İdarəsinin (RQİİ) rəis müavini Elsəvər Rafiq oğlu İslamov tutduğu vəzifədən azad olunub.
“Azəriqaz” İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə, xidməti müqavilə ilə çalışmaq istəyən vətəndaşa əvvəlcədən vəd verərək aldatma və sair əməllərinə görə işdən uzaqlaşdırılıb. Qeyd edək ki, E.İslamov Ağsu RQİİ-nin rəis müavini kimi son bir həftə ərzində Göyçay rayonu üzrə xidmət sahəsinə nəzarət işlərini həyata keçirib.
“Azəriqaz” bir daha bəyan edir ki, bütün struktur bölmələrdə, o cümlədən RQİİ-də məsul şəxslər vətəndaş məmnuniyyətini təmin etmək və baş verən problemlərin vaxtında aradan qaldırılması üçün səylə çalışmalıdır. Bundan başqa, xüsusən də birliyin vəzifəli şəxsləri rəhbərlik etdikləri kollektivlərdə işgüzar mühitin səmərəliliyinin artırılmasına və qanunvericiliyin tələblərinin icrasına diqqət ayırmalıdırlar. Əks halda vəzifəsindən asılı olmayaraq nöqsanlara yol verən istənilən şəxs barəsində qanun çərçivəsində cəza tədbirləri görüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]