“AZƏRKİMYA” DÖVLƏT ŞİRKƏTİNİN HƏRBÇİLƏRƏ HAMİLİK KÖMƏYİ
“Azərkimya” Dövlət Şirkəti “N” hərbi hissəsinə Silahlı Qüvvələr günü münasibətilə lazer printerli kompüter dəsti hədiyyə etmişdir. Bundan bir qədər əvvəl isə okestr üçün nəfəs alətləri alınmışdır.
Şirkətdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, onların köməyi ilə üçmərtəbəli əsgər kazarması qısa müddətdə əsaslı surətdə təmir olunmuş, müasir sanitariya texnikası quraşdırılmışdır.
Şirkət hərbçilərin məişət şəraitinin yaxşılaşdırılması üçün təmir işlərini davam etdirmək niyyətindədir.