“Azərreyl” klubu İspaniya millisinin voleybolçusu ilə müqavilə imzalayıb
Bakı, 26 iyun, AZƏRTAC
Bakının qadın voleybolçulardan ibarət “Azərreyl” klubu daha bir oyunçunu transfer edib.
AZƏRTAC xəbər verir ki, Bakı təmsilçisi İspaniya milli komandasının şərəfini qoruyan Anna Nyusomu heyətinə qatıb. İyirmi üç yaşlı toppaylayıcı ilə birillik müqavilə imzalanıb.
“Barselona”nın yetirməsi olan voleybolçu ilk peşəkar müqaviləsini də bu komanda ilə bağlayıb.
Qeyd edək ki, Bakı klubu Nyusomdan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqavilənin müddətini uzadıb. Klub slovakiyalı Romana Hudeçova, amerikalı Braun Kazmiere, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə isə birillik müqavilə imzalayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]