“AZƏRSUN HOLDİNQ” ŞİRKƏTLƏR QRUPUNUN RREZİDENTİ ABDULBARİ GOZAL “AZƏRBAYCANDA İLİN İŞ ADAMI” SEÇİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Türkiyənin Kanal-7 televiziyası və FirstBusiness dərgisinin “Zirvədəkilər-2005” seçiminin “Azərbaycanda ilin iş adamı” nominasiyası üzrə mükafatına “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gozal layiq görülmüşdür.
İstanbulun “Kaya Ramada” hotelində mükafatların təqdimat mərasimi təşkil olunmuşdur. Tədbirdə Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl, nazirlər, 30 ölkədən 300-dən çox iş adamı iştirak etmişdir.