“AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
Bakı, 29 iyun, AZƏRTAC
İyulun 2-də “AzFinance İnvestisiya Şirkəti” QSC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında (BFB) rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.
BFB-dən AZƏRTAC-a bildirilib ki, diskontlu, təmin edilməmiş, sənədsiz, adlı, istiqrazların sayı min ədəd, nominal dəyəri min manat, tədavül müddəti 5 il, ticarətə buraxılma tarixi iyulun 2-dir. Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilib.
Qeyd edək ki, aprelin 5-də Bakı Fond Birjasının Listinq Komitəsinin qərarı ilə “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1 milyon manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]