“AZİZ–ALMANİYA” BEYNƏLXALQ ASSOSİASİYASI TƏSİS EDİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Berlində “AZİZ-Almaniya” Beynəlxalq Assosiasiyasının təsis konfransı keçirilmişdir.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirmişlər ki, yeni yaranmış təşkilatın əsas məqsədi Almaniyada yaşayan on minlərlə azərbaycanlını bir araya gətirmək, onların fəaliyyətini əlaqələndirmək, Azərbaycan və Almaniya arasında mədəni, elmi və iqtisadi əməkdaşlığı genişləndirməkdir.
Təsis konfransında xanım Yael Frankfurt “AZİZ-Almaniya” Beynəlxalq Assosiasiyasının sədri Adil Bayramov təşkilatın direktoru, Rita Ağabayeva, Gülər Ağabayeva, Səbinə Bayramova, David Osipov, Viktoriya Şextman və Maya Taşlitskaya isə idarə heyətinin üzvləri seçilmişlər.
Konfransda Azərbaycan, İsrailin, Belarusun və Gürcüstanın Almaniyadakı səfirlik və konsulluqlarının məsul işçiləri, həmçinin Azərbaycan diaspor təşkilatlarının, habelə Berlin şəhəri yahudi icmasının nümayəndələri iştirak etmişlər.
İsrail Knessetinin üzvü, “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının sədri İosif Şaqal və Berlin şəhəri Rəssamlar İttifaqının katibi Əli Saqati isə tədbirə fəxri qonaq qismində qatılmışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]