Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının yeni prezidenti seçilib

Bakı, 11 may, AZƏRTAC

İsrailin Rişon le-Sion şəhərində “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının IV qurultayı keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AZƏRTAC-a bildiriblər ki, tədbirdə “Azİz”in İsrail üzrə nümayəndələri, Dövlət Komitəsinin, ölkənin siyasi, mədəni elitasının təmsilçiləri və media mənsubları iştirak ediblər.

Qurultay iştirakçıları Mark Aqarunov və Salman Rabayevin rəhbərlik etdiyi “Sevgi” ansamblının ifasında ecazkar Azərbaycan musiqisi ilə qarşılanıb.

Qurultay öz işinə İsrail və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Assosiasiyanın Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman İkinci Dünya müharibəsi zamanı alman faşizmi üzərində qazanılmış Qələbə münasibətilə qurultay iştirakçılarını təbrik edib. Həmin illərdə Azərbaycanın 600 mindən çox oğul və qızının cəbhəyə yollandığını xatırladıb, Azərbaycan nefti olmadan qələbənin qeyri-mümkünlüyünü qeyd edib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun qurultay iştirakçılarına ünvanladığı müraciəti səsləndirilib.

Komitə sədri İsrail-Azərbaycan əlaqələrinin inkişafında, Azərbaycan mədəniyyətinin və həqiqətlərinin İsraildə təbliği istiqamətində Assosiasiyanın həyata keçirdiyi layihələri yüksək dəyərləndirib, “Azİz”in prezidenti Lev Spivaka səmərəli fəaliyyətinə görə təşəkkürünü bildirib, qurultayın işinə uğurlar arzu edib.

Bildirilib ki, qurultay ərəfəsində təşkilatın İdarə Heyətinin üzvlərindən olan Kiryat Balik şəhər bölməsinin rəhbəri Sevin Hanukayev, Assosiasiyanın mətbuat-təbliğat işlərinə rəhbərlik etmiş Yuri Boçarov, eləcə də Assosiasiyanın təftiş komissiyasının rəhbəri Mixail Elioviç “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunublar.

Tədbir Assosiasiyanın qurultaylararası fəaliyyəti ilə bağlı hesabatlarının dinlənilməsi ilə davam edib.

Təşkilatın prezidenti Lev Spivak məruzəsində qeyd edib ki, hesabat dövrünün böyük hissəsi koronavirus pandemiyası dövrünə təsadüf edib. Bu səbəbdən təşkilat müəyyən müddət ərzində fəaliyyətini internet üzərindən davam etdirməli olub. Həmin dövrdə çoxlu sayda onlayn tədbirlərin, görüşlərin, bayram konsertlərinin, yaddaqalan ədəbi-bədii gecələrin təşkil edildiyini xatırladıb. 44 günlük Vətən müharibəsi dövründə isə pandemiya təhlükəsinə baxmayaraq, “Azİz”in təşkilatçılığı ilə Azərbaycan Ordusuna dəstək, erməni separatçılarına qarşı etiraz aksiyalarının keçirildiyini diqqətə çatdırıb.

“Azİz”in baş direktoru Şaul Siman-Tovun rəhbərliyi ilə “Azİz”in nəşriyyat fəaliyyətini xüsusi vurğulayan Lev Spivak xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə təşkilat tərəfindən ivrit dilində nəşr olunmuş “Öndə gedən” kitabını təqdim edib.

Daha sonra Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən qısametrajlı sənədli film nümayiş etdirilib.

Qeyd olunub ki, film bu yaxınlarda finalı keçirilmiş “Gözəl diyar Azərbaycan” uşaq yaradıcılıq festivalının laureatı Konstantin Vararu tərəfindən hazırlanıb.

Qurultayın sonunda “Azİz”in İdarə Heyətinə və rəhbər postlarına namizədlər irəli sürülüb. Səsvermədən sonra qurultay iştirakçıları Assosiasiyanın yeni tərkibi müəyyənləşib.

Səsvermə nəticəsində Adam Amilov “Azİz”in yeni prezidenti, vitse-prezident vəzifələrinə Yeganə Salman, Səadət Şükürova və Viktoriya Dolinskaya seçiliblər.

“Azİz”in İdarə Heyətinin üzvləri - Yerusəlim şöbəsinin rəhbəri Aleksandr Aqranovski, Kiryat-Bialik şöbəsinin rəhbəri Sevin Xanukaev və Nərminə Ağasi öz ürək sözlərini söyləyiblər.

“Azİz”in yeni prezidenti seçilmiş Adam Amilov yüksək etimada görə minnətdarlığını bildirib və təşkilatın əldə etdiyi nailiyyətlərin səviyyəsini daha da yüksək səviyyəyə qaldırmaq üçün var gücü ilə çalışacağını bildirib.

Qurultay bədii hissə ilə yekunlaşıb. Konsert proqramında tanınmış vokalçı Kameliya İoffe və skripkaçı Qəmər Kərimlinin ifasında Azərbaycanın klassik, xalq və estrada musiqisi səsləndirilib.

Qeyd edək ki, Adam Amilov 1966-cı ildə Azərbaycanın Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub. 1996-cı ildə Kiryat Yam bələdiyyəsində təhsil üzrə koordinator vəzifəsini tutub. 2007-2011-ci illərdə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının vitse-prezidenti, 2010-2011-ci illərdə Volfson Fondu və Absorbsiya Nazirliyindən Qafqazdan olan yəhudi mühacirlərinin İsraildə icmasının təşviqi və inteqrasiyasına yönəlmiş "Tnufa" ümumisrail birgə layihəsinin rəhbəri, 2012-ci ildə Qafqaz Yəhudilərinin Ümumİsrail Assosiasiyasının baş direktoru, eləcə də Yəhudi Milli Fondunun Şimal bölgəsi üzrə koordinatoru vəzifələrində çalışıb. 2013-cü ildən İsrailin Kiryat Yam şəhərinin vitse-meri vəzifəsində çalışır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Laçında və Kəlbəcərdə şəhidlərin xatirəsi yad edilib VİDEO

Türkiyədə həyata keçirilən “Sıfır Tullantı” hərəkatının 9 ili tamam olur

Misir saytında 27 Sentyabr – Anım Gününə həsr olunmuş məqalə dərc edilib

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Şəhidlərimizin xatirəsi Zəfər parkında ehtiramla anılır VİDEO

Bakıda Formula 1-in keçirildiyi küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub

İqor Korotçenko: Rusiyanın yüksəkvəzifəli mənbələri 44 günlük müharibənin nədən başladığını açıqlayıblar

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Şuşa şəhərində Anım Günü qeyd edilib VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

Azad ərazilərin yenidən qurulması şəhidlərin əziz xatirəsinə verilən ən böyük qiymətdir VİDEO

FIA prezidenti: Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir

Tahir Budaqov: Bu günün təsis olunması gənc nəsil üçün böyük mesajdır

Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib

Atasının yolunu davam etdirən şəhid Hafiz İsmayılov

Yunanıstan bahalı enerjiyə qarşı 200 milyon avroyadək əlavə müdaxilə hazırlayır

Müdafiə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanlarını və Zəfər parkını ziyarət edib

Naxçıvanda şəhidlərin xatirəsi anılıb

Vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

“Ceyhun həyatda ən çox güvəndiyim dostum idi” – şəhid həkimin anası

Nepalda dağda baş verən qar uçqunu nəticəsində 14 nəfər itkin düşüb

Xorvatiya müxalifəti Plenkoviç hökumətinə etimadsızlıq məsələsini parlamentə çıxarıb

Yunanıstanda seçkilər yaxınlaşdıqca siyasi rəqabət güclənir

Burhanettin Duran: Qarabağ uğrunda mübarizə yaxın tariximizdə Vətən sevgisinin ən güclü nümunələrindən biri oldu

Bolqarıstanda prezident seçkiləri üçün rəsmi kampaniya başlayıb

Şəhid bacısı: Qardaşım Vətən uğrunda son damla qanına qədər döyüşdü

Rumıniyada yeni hökumətin formalaşdırılması həlledici mərhələyə daxil olub

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Naxçıvanda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb VİDEO

Çinin “panda siyasəti": ABŞ-yə 2 panda göndərilib

Vətən uğrunda son nəfəsədək döyüşən Ramil Hüseynov

Abşeron rayonunda şəhidlərin xatirəsinə həsr olunmuş tədbir keçirilib