AzMİU-da “Xocalı tələbələrin gözü ilə” adlı sərgi açılıb
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində “Xocalı tələbələrin gözü ilə” adlı rəsm və plakat sərgisi açılıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilən sərgidə 70-dək rəsm və plakat nümayiş olunub. Tələbələr hazırladıqları işlərdə o gecənin dəhşətli anları və məqamlarını göstərməyə çalışıblar.
Sərgidə memarlıq fakültəsinin tələbələri Dəniz Baxışzadə və Murad Mirzadənin, mexanika və informasiya texnologiyaları fakültəsinin tələbəsi Elvin Rəhimlinin, inşaat fakültəsinin tələbələri Günəş Aslanova və Gülnisə Əliyevanın işləri xüsusilə seçilib.