AZTƏMİNATLI AİLƏLƏRƏ BAYRAM HƏDİYYƏSİ PAYLANACAQ
Xətai Rayon İcra Hakimiyyətindən (RİH) AZƏRTAC-a bildirmişlər ki, bayram münasibətilə aztəminatlı vətəndaşlara ( şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük Vətən müharibəsi veteranları, tənha və kimsəsizlər, qaçqın və köçkünlər), eləcə də 3 nömrəli uşaq evinin kollektivinə, Vərəm əleyhinə dispanserdə, Uşaq vərəm sanatoriyasında müalicə olunanlara qurban əti paylanacaqdır.
Bu xeyirxah təşəbbüs RİH tərəfindən artıq beş ildir həyata keçirilir.