Babək rayonunda qəza olub, 3 nəfər xəsarət alıb
Naxçıvan, 11 sentyabr, AZƏRTAC
Babək rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Ordubad magistral yolunda qeydə alınıb. Qəza zamanı "VAZ 2107" markalı avtomobillə "NAZ-Lifan" markalı avtomobil toqquşub. Hadisə zamanı 1987-ci il təvəllüdlü Novruzov Orxan Nüsrət oğlu, Əkbərov Səfər Mahmut oğlu və 1989-cu il təvəllüdlü Rzayev Rahib Elxan oğlu xəsarət alıblar. Xəsarət alanlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.