Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək rayonunun Göynük kəndi müasir yaşayış məntəqəsinə çevrilib

Babək, 22 noyabr, AZƏRTAC

Ölkəmizdə ulu öndər Heydər Əliyev siyasi xəttinin uğurla davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da davamlı inkişaf yoluna çıxarıb, yaşayış məntəqələri müasirliyə qovuşub. Bütün sahələrdə əldə olunan dinamik inkişaf kəndləri də əhatə edib, geniş quruculuq işləri aparılıb, sakinlərin rahat yaşayışına xidmət edən müasir sosial obyektlər inşa olunub. Ölkə başçısı cənab İlham Əliyevin də dediyi kimi: “Naxçıvanda işlər çox yaxşı gedir, quruculuq-abadlıq işləri aparılır... Bu da dinamik inkişafın təzahürüdür”.

Göynük kənd məktəbində
hərtərəfli tədris şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, noyabrın 22-də Göynük kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan məktəbdə 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, 1 elektron lövhəli sinif, hərbi kabinə, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 1014 kitab vardır. STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “Hərəkətlə aktivləşdirilmiş LED pilləkən işıqları” və “Yağışdan qorunmaq üçün avtomatik avtobus dayanacağı” layihələrini təqdim ediblər.

Müəllim Günay Babayeva deyib: “Məktəbdə STEAM kabinəsinin yaradılması şagirdlərin yeni texnologiyaların, elmin texniki sahələrinin öyrənilməsinə geniş imkanlar açacaqdır. Şagirdlərimizin hərtərəfli yetişməsinə və inkişafına göstərilən qayğıya, tədrisdə yeni təlim üsullarının tətbiqi üçün yaradılan şəraitə görə minnətdarlığımızı bildiririk”.

Məktəbdə internetə çıxışı olan 12 kompüter və 3 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə Dövlət Bayrağı Muzeyi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Azərbaycan Respublikasının dövlət rəmzləri” mövzusunda keçirilən interaktiv dərsi izləyib.

Məktəbin kimya-biologiya və fizika laboratoriyalarının müasir avadanlıqlarla təchizi və elmi yeniliklərə uyğun qurulması şagirdlərin dərsləri daha yaxşı mənimsəmələrinə şərait yaradacaq. Dünya standartlarına cavab verən əyani vasitələrlə təminat şagirdlərin bu sahədə biliklərini daha da möhkəmləndirəcəkdir.

Göynük kənd tam orta məktəbinin bütün lazımi əyani vasitələrlə təchiz olunmuş şahmat sinfi, geniş idman zalı və məktəbin həyətində qurulan açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına xidmət edəcəkdir. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi üçün də lazımi şərait yaradılıb, hərbi kabinə çağırışaqədərki hərbi hazırlıq dərslərinə uyğun məlumat stendləri ilə təchiz edilib.

Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən Fəaliyyət Proqramına uyğun olaraq muxtar respublikada təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Cari ilin ötən dövründə 6 məktəb yenidən qurularaq istifadəyə verilib. Təhsil müəssisələrinin elektron lövhə və müasir kompüterlərlə təchizatı da diqqətdə saxlanılır. Təkcə bu ilin ötən dövründə ümumtəhsil məktəblərinə 30 elektron lövhə, 184 kompüter verilib. Hazırda ümumtəhsil məktəblərində 5700-dən çox kompüter, 650-dən çox elektron lövhə quraşdırılıb ki, bu da tədrisin yüksək səviyyədə təşkilinə, innovativ təlim metodlarının tətbiqinə öz töhfəsini verməkdədir. Göynük kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılıb, müasir tədris şəraiti yaradılıb. 2020-2021-ci tədris ili üzrə muxtar respublikada 33 məktəb ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında 100 faizlik nəticə göstərib ki, onlardan da biri Göynük kənd tam orta məktəbidir. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.

Məktəbin gənc müəllimi Zivər Hacıyeva minnətdarlıq edərək deyib: “Ali Məclis Sədrinin qayğısı ilə Göynük kəndi də müasir kəndlər sırasına qoşulur. Kənddə aparılan quruculuq ünvanlarından biri də Göynük kənd tam orta məktəbidir. Məktəbimizdə müasir laboratoriya və fənn kabinələri yaradılıb, təhsil ocağımız elektron lövhə və kompüterlərlə təchiz edilib. Artıq şagirdlərimiz ən müasir təhsil şəraitinə malik məktəbdə elmin sirlərinə yiyələnəcəklər. Muxtar respublikada gənclərin yaxşı təhsil alması ilə yanaşı, onların işlə təminatı üçün də gözəl şərait yaradılıb. Mən də yaradılan şəraitdən bəhrələnmişəm. Müəllimlərin işə qəbulu ilə bağlı keçirilən müsabiqədə yüksək nəticə göstərərək Naxçıvan şəhərində yaşamağıma baxmayaraq Göynük kənd tam orta məktəbində tarix müəllimi kimi çalışıram. Mənimlə bərabər 3 gənc kadr da müsabiqədə yüksək nəticə əldə edərək Göynük kənd tam orta məktəbində fəaliyyətə başlayıb. Məktəbimizdə yaradılan müasir təhsil şəraiti müəllimlərin qarşısına böyük məsuliyyət qoyur. Bundan sonra da tədrisin yüksək səviyyədə təşkilində əzm və səylə çalışacağıq”.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göynük kənd tam orta məktəbinin kollektivini yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Bu gün müasir tədrisin tələblərinə cavab verən məktəb binası kollektivin istifadəsinə verilir. Məktəb hər bir ölkənin gələcəyinə xidmət edir. Məktəbdə yaxşı tədris şəraiti varsa, gənclər təhsilli və vətənpərvər böyüyürsə, o ölkənin gələcəyi də etibarlı olur. Ona görə də ümummilli liderimiz Heydər Əliyev Azərbaycana hər iki rəhbərliyi dövründə təhsilə böyük diqqət və qayğı göstərmişdir. Əgər Sovetlər Birliyi dönəmində Ümummilli Liderimizin qayğısı ilə gənclər seçilib keçmiş ittifaqın ən yaxşı ali məktəblərinə təhsil almağa göndərilirdisə, müstəqillik dövründə isə gənclərimiz xarici ölkələrin aparıcı ali məktəblərində təhsil alırlar. Çünki bu gün də ölkəmizdə Ulu Öndərin siyasəti uğurla davam etdirilir.

“Ümummilli Liderimizin təşəbbüsü ilə Sovetlər Birliyi dövründə təhsil alan gənclər müstəqillik illərində ölkəmizin əsas kadr potensialını təşkil edirdisə, bu gün ölkəmizdə və xaricdə təhsil almış gənclər dövlət quruculuğunda fəal iştirak edirlər”, - deyən Ali Məclisin Sədri bildirib ki, dövlətimiz məktəb işinə diqqət və qayğı göstərir, müəllim əməyinə yüksək qiymət verir. Hər il gənclərimiz Prezident təqaüdünə layiq görülür, müəllimlər təltif olunurlar. Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqqı artırılır. Bu gün ucqar dağ kəndi olmasına baxmayaraq, Göynük kəndində müəllimlər yüksək əməkhaqqı alır. Eyni zamanda, Göynük məktəbindəki şərait mərkəzdəki məktəblərdən fərqlənmir. Ona görə də gənclər mərkəzdə yaşamalarına baxmayaraq, kənd məktəblərini seçir, burada fəaliyyət göstərirlər. Məktəb bütün fənlər üzrə müəllimlərlə təmin olunmuşdur. Bu da imkan verir ki, nailiyyətlər artsın. Təhsil ocağının son 5 ildəki nailiyyətləri muxtar respublikanın orta göstəricisindən yüksəkdir.

Ali Məclisin Sədri nailiyyətlərə görə kollektivə təşəkkür edib və tədrisdə uğurlar arzulayıb.

Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılıb, gül kolları və ağaclar əkilib.

Xidmət mərkəzi sakinlərin rahatlığına hesablanıb

Həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Göynük kəndində xidmət mərkəzinin də açılışını edib.

Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 5 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri ailə təsərrüfatlarında istehsal olunmuş məhsulların satışına üstünlük verilməsi və sakinlərin tələbatının nəzərə alınması barədə tapşırıqlar verib.

3 kəndi birləşdirən avtomobil
yolu yenidən qurulub

Ümummilli lider Heydər Əliyevin “Yol iqtisadiyyat, mədəniyyət, bir sözlə, həyat deməkdir” fikri əsas götürülərək ölkəmizdə yol təsərrüfatının inkişafına xüsusi diqqət yetirilir. Bu istiqamətdə həyata keçirilən tədbirlər çərçivəsində Göynük kənd avtomobil yolu da yenidən qurulub.

Noyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov yolda yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, ümumi uzunluğu 9,5 kilometr olan Nəcəfəlidizə-Nəhəcir-Göynük kənd avtomobil yolunun yatağı genişləndirilib, 2,2 kilometrə asfalt örtük verilib. Hazırda tikinti işləri davam etdirilir. Yolda 38 metal boru, 20 beton su keçidi qoyulub, 3 körpü təmir edilib, 1230 metr su kanalı çəkilib.

Ali Məclisin Sədri Nəhəcir-Göynük kənd avtomobil yolunda işlərin davam etdirilməsi barədə tapşırıq verib.

Dövlət qurumları sakinlərə vahid
mərkəzdən xidmət göstərəcək

Noyabrın 22-də Göynük kənd mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yerləşən təşkilatların fəaliyyəti və yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, birmərtəbəli kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, arxiv, statistika otağı, klub və 26 yerlik zal yerləşir. Kitabxana fondunda 6587 kitab vardır. Rabitə evində 96 nömrə tutumlu yeni nəsil ATS quraşdırılıb, telekommunikasiya şəbəkəsi yaradılıb və ilk dəfə stasionar telefon rabitə xidməti istifadəyə verilib.

Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatının 58 üzvü vardır ki, onlardan da 17-si gənc, 26-sı isə qadındır. Ərazi ilk təşkilatının sədri Füzuli Məmmədov partiya üzvləri adından yaradılan şəraitə görə minnətdarlıq edərək deyib: “Bu gün Göynük kəndi bayram əhval-ruhiyyəsindədir. Ali Məclis Sədrinin gəlişi sakinlərin böyük sevincinə səbəb olub, həyata keçirilən geniş quruculuq işləri ruh yüksəkliyi yaradıb. Diqqət və qayğı sayəsində Göynük kəndi muxtar respublikanın müasir kəndlərindən birinə çevrilib. Bütün sahələr üzrə yaradılan nümunəvi şərait insanların rahat yaşamasına xidmət edir. Həyata keçirilən quruculuq işlərindən bizim ilk partiya təşkilatına da pay düşüb, nümunəvi iş şəraiti yaradılıb. Bundan sonra da kəndimizin yaşıllaşdırılmasında və abadlaşdırılmasında partiya üzvləri daha böyük fəallıq göstərəcəklər”.

İnzibati ərazi dairəsi üzrə nümayəndə Yaqub Xudatov deyib: “Bu gün kəndimiz kompleks şəkildə abadlaşdırılıb. Sovet hakimiyyəti illərində Göynükdə heç bir tikili inşa olunmayıb. 2004-cü ildə Ali Məclis Sədrinin tapşırığı ilə kəndimizdə yeni məktəb binası tikilib, bir il sonra 7 kilometr məsafədən kəndimizə içməli su xətti çəkilib, ötən il həmin xətt 1 kilometrə yaxın uzadılıb. Bu gün Göynük kəndi üçün tarixi və əlamətdar bir gündür. Çünki Babək rayonunun ucqar dağ kəndi olan Göynük müasir görkəmə qovuşur. Kənd sakinləri, əsasən, əkinçilik, arıçılıq, heyvandarlıq və maldarlıqla məşğul olurlar. Dövlətimizin diqqət və qayğısı sayəsində ailə təsərrüfatları yaradılmış şəraitdən istifadə edərək məhsul istehsalını ilbəil artırırlar. İstehsal etdikləri məhsulların bazarlarda rahat satışını təşkil edərək dolanışıqlarını təmin edirlər. Biz də qurulanları qoruyacaq, göstərilən diqqət və qayğıya əməli işimizlə cavab verəcəyik”.

Ali Məclisin Sədri iclas zalında maarifləndirici tədbirlərin və görüşlərin keçirilməsi barədə tapşırıqlar verib.

Bildirilib ki, kənddə əsas diqqət yetirilən sahələrdən biri də baytarlıq işinin təşkilidir. Bu gün Babək rayonunda epizootik vəziyyət sabitdir. Bunun səbəbi dərman preparatları və digər tibbi avadanlıqlarla təminat, peyvəndləmə və dezinfeksiya tədbirlərinin vaxtında görülməsidir. Aparılan profilaktik tədbirlərin nəticəsidir ki, rayonda bu sahədə heç bir xəstəlik müşahidə olunmur.

Kəndlərdə müasir səhiyyə müəssisələrinin tikilməsi insan amilinə verilən yüksək qiymətin əyani göstəricisidir. Kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsində məntəqə müdiri və manipulyasiya otaqları vardır. Məntəqə ginekoloji müayinə masası və alət dəsti, təcili yardım çantası, qlükometr, boyölçən, tərəzi, soyuducu və ehtiyac olan digər köməkçi tibbi ləvazimatlarla təmin edilib.

Ali Məclisin Sədri peyvənd və patronaj işinin təşkili, eləcə də səhiyyə maarifinə üstünlük verilməsi, gigiyenik qaydalara əməl olunması barədə tapşırıqlar verib.

Sonra sakinlərlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sakinləri təbrik edərək deyib: 2004-cü ildə ilk dəfə kənddə məktəb binası tikilib istifadəyə verildi, inzibati ərazi dairəsi üzrə nümayəndəlik yaradıldı. 2014-cü ildə Göynük kənd inzibati ərazi dairəsi Culfa rayonunun tabeliyindən çıxarılaraq Babək rayonunun tabeliyinə verildi, kəndin inkişafı üçün lazım olan bütün işlər həyata keçirildi.

Ali Məclisin Sədri deyib: Göynük kəndinin eramızdan əvvəl başlayan qədim tarixi vardır. Kənd tarixi karvan yolu üzərində yerləşmiş, zaman-zaman göynüklülər digər bölgələrə köçərək məskunlaşmışlar. Hazırda Türkiyə ərazisində 3 yerdə, Azərbaycanda isə Şəki rayonunda Göynük adlı yaşayış məntəqəsi vardır. Ehtimal olunur ki, onlar da buradan vaxtilə karvan yolu ilə gedib o yerlərdə məskunlaşan sakinlərdir. Göynük səfalı və geniş imkanlara malik olan kənddir. Bu gün həm bələdiyyə və dövlət, həm də şəxsi mülkiyyətdə olan torpaqlar imkan verir ki, kəndin inkişafı bundan sonra da təmin olunsun. Göynükdə əsasən heyvandarlıq və maldarlıq inkişaf edib, məskunlaşma artıb, yeni evlər tikilib. Bu da inkişafın göstəricisidir. Yaradılan şəraitdən sonra məskunlaşma daha da artacaq və ərazidən səmərəli istifadə olunacaq, maldarlıq, heyvandarlıq, arıçılıq, meyvəçilik, bitkiçilik inkişaf etdiriləcəkdir. Bunun üçün isə lazım olan hər bir şərait var. Sakinlərin rayon mərkəzinə, Naxçıvan şəhərinə gediş-gəlişinin rahat olması üçün yol da abadlaşdırılıb. Yolda işlər hələ davam etdiriləcək. Bütün bunlar insanların rahat yaşaması üçündür. Kənd tamamilə qazlaşdırılıb, daimi elektrik enerjisi ilə təmin olunub, rabitə, internet, poçt və tibb xidməti yaradılıb.

Ali Məclisin Sədri görülən işlər münasibətilə sakinləri təbrik edib və əminliyini bildirib ki, kənd bundan sonra da abadlaşacaq, məskunlaşma artacaqdır.

Göynük kənd sakinləri adından minnətdarlıq edən Təmleyxa İsayev deyib: “Kəndimizdə fəaliyyət göstərən dövlət orqanları əvvəllər şəraiti olmayan vəziyyətdə əhaliyə xidmət göstərirdilər. Ali Məclis Sədrinin qayğısı ilə burada böyük quruculuq işləri görülüb. Bu gün müasir tipli məktəb, kənd və xidmət mərkəzləri kənd sakinlərinin istifadəsinə verilir. Artıq hər bir şəraiti olan kənd mərkəzində həm inzibati ərazi dairəsi üzrə nümayəndəlik, həm də digər təşkilatlar əhaliyə yüksək səviyyədə xidmət göstərəcəklər. Məktəbdə tədrisin müasir tələblər səviyyəsində qurulması üçün hər cür şərait yaradılıb. Vaxtilə kəndimizdə əhalinin zəruri ehtiyaclarının ödənilməsi üçün heç bir şərait olmadığından kənd sakinləri qonşu kəndlərə və yaxud Naxçıvan şəhərinə getməli olurdular. Lakin bu gün istifadəmizə verilən müasir xidmət mərkəzi əhalinin zəruri ehtiyaclarının ödənilməsini tam təmin edəcəkdir. Kəndimizdə müasir poçt-rabitə və internet xidmətlərinin göstərilməsi üçün hərtərəfli şərait yaradılıb. Yollarımız asfaltlanıb, körpü tikilib, kənddə müasir tipli ATS quraşdırılıb, əhali fasiləsiz elektrik enerjisi, təbii qaz və internetlə təmin olunub. Kəndimizin istər suvarma, istərsə də içməli su təminatı öz həllini tapıb. Görülən işlər sakinlərin rahatlığına və yaxşı yaşamasına xidmət edir”.

X   X   X

Göynük kəndində yeni sosial obyektlər tikilərkən bir sıra abadlıq işləri də görülüb. Kənddə 2480 metr yeni fiber-optik, 650 metr yeraltı kabel, 1280 metr hava rabitə xətti çəkilib, 55 rabitə dirəyi basdırılıb. Həmçinin elektrik təsərrüfatı tamamilə yenilənib, 2076 metr məsafədə məftil naqillər kabel xətti ilə əvəz edilib, 1200 metr hava elektrik verilişi xətti çəkilib. Bundan başqa 340 poqonometr polietilen borularla yeni tikililərə qaz xətti çəkilib, 11 min poqonometr qaz xəttində təmir-bərpa işləri aparılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün ixtisas imtahanına qeydiyyat elan edilir

“Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Siyasi şərhçi: Azərbaycanın milli təhlükəsizlik konsepsiyasında ideoloji dayanıqlılıq mühüm yer tutur

Bakı “PostEurop” Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

Britaniyada Mühafizəkarlar Partiyası raket və dron hücumlarından qorunmaq üçün 10 milyard funtluq plan açıqlayıb

Hörmüz boğazında hücuma məruz qalmış tankerin 12 heyət üzvü yaralanıb

Abşeron və Bakının beş rayonunda suyun verilişi dayandırılacaq

Transilvaniyada süni intellekt mərkəzi yaradılacaq

Gürcüstanda yanacaq yenidən bahalaşıb

Avropa Parlamentində qalmaqal: 46 qadın deputat AI tərəfindən yaradılan ədəbsiz məzmunun qurbanı olub

Masallıda qida təhlükəsizliyi tələblərinə cavab verməyən obyektin fəaliyyəti məhdudlaşdırılıb

İraqda beş qruplaşma silahlarını təhvil verməyə razılaşıb

2036-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi uğrunda mübarizə aparacaq ölkələr bəlli olub

Cənubi Koreya XİN: Mina partlayışlarına görə Şimali Koreyaya qarşı cavab tədbirləri nəzərdən keçirilir

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB VİDEO

Şəhid mayor Elsəvər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

® “Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb VİDEO

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO