Azərbaycan Dövlət İnformasiya Agentliyi

Babək rayonunun Xal-xal kəndində kompleks quruculuq işləri aparılıb

Naxçıvan, 22 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Azərbaycan xalqı daha da yaxşı yaşamalıdır. Hər bir bölgədə quruculuq, inkişaf daha da sürətlə getməlidir”.

Naxçıvan Muxtar Respublikasında quruculuq işlərinin həcmi ilbəil artır. Şəhər və kəndlərdə yeni sosial obyektlər inşa olunur, xidmət sahələri yaradılır. Kənd yollarının yenidən qurulması, yeni məktəb binalarının, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi əhalinin rahat yaşayışına səbəb olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 22-də Babək rayonunun Xal-xal kəndində yeni sosial obyektlər istifadəyə verilib.

Xal-xal kənd yolu müasir tələblərə cavab verir

Hər bir yaşayış məntəqəsinin abadlığını təsdiq edən əsas amillərdən biri də onun yollarının müasir və rahat olmasıdır. Bu gün muxtar respublikada şəhər, qəsəbə və kənd yollarının təmiri və yenidən qurulması diqqət mərkəzində saxlanılır. Bu işlər Babək rayonunda da uğurla həyata keçirilir.

Sentyabrın 22-də Xal-xal kənd avtomobil yolunun açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, sakinləri təbrik edib, yolda aparılan yenidənqurma işləri ilə tanış olubdur.

Məlumat verilib ki, tikinti işləri zamanı kənddaxili 3 kilometr yola asfalt örtük salınıb. Avtomobillərin, eləcə də piyadaların rahat hərəkəti üçün müvafiq yol-hərəkət nişanları quraşdırılıb, hərəkətin təhlükəsizliyi təmin olunub. Yolda 50 su keçidi tikilib, 1100 metr beton kanal çəkilib.

Xal-xal kənd tam orta məktəbi üçün yeni bina inşa olunub

Sentyabrın 22-də Xal-xal kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə məktəbin direktoru İlqar Quliyev çıxış edərək deyib ki, muxtar respublikanın bütün yaşayış məntəqələrində yeni məktəb binaları tikilir, maddi-texniki baza möhkəmləndirilir. Bu gün Xal-xal kənd tam orta məktəbi də müasir təhsil müəssisələrinin sırasına qoşuldu. Məktəbdə yaradılan şərait gənclərin yaxşı təhsil almasına, onların hərtərəfli inkişafına imkan verəcəkdir. Müasir tədris şəraiti müəllimlərin üzərinə düşən məsuliyyəti daha da artırır. Kollektiv adından minnətdarlıq edən İlqar Quliyev yaradılan şəraitdən istifadə edərək təhsilin səviyyəsini yüksəldəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müəllim və şagirdləri yeni məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin “Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm sahəsidir”, - fikrini xatırladaraq deyib: Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndərin tövsiyələrinə uyğun olaraq təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərir. Hər il onlarla yeni məktəb binaları, universitet şəhərcikləri tikilərək ölkəmizin gələcəyi olan gənclərin istifadəsinə verilir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada məktəblər müasir tədrisin tələblərinə uyğun qurulur. Bu da kollektiv qarşısında mühüm vəzifələr qoyur. Müəllimlər çalışmalıdırlar ki, məktəblərdə təhsilli, vətənpərvər gənclər yetişdirilsin. Məktəbi bitirən hər bir gənc istər peşə məktəblərində, istərsə də orta ixtisas və ali təhsil müəssisələrində təhsillərini davam etdirməli, mütləq bir peşə sahibi olmalı, vətənpərvər böyüməlidirlər. Gələcəkdə harada yaşamasından və fəaliyyət göstərməsindən asılı olmayaraq hər bir gənc, ilk növbədə, dövlətinə və xalqına xidmət etməli, ölkəmizin gələcəyi üçün məsuliyyət daşımalıdır. Bütün bunları isə gənclərə müəllimlər aşılamalı, onlar yalnız təhsilli deyil, həm də vətənpərvər gənclər yetişdirməlidirlər.

Qeyd olunub ki, Xal-xal kənd tam orta məktəbi uzun müddət uyğunlaşdırılmış və şəraiti olmayan binada fəaliyyət göstərib. Lakin buna baxmayaraq məktəbin nailiyyətləri olub. Ötən tədris ilinin nəticələrinə əsasən məktəbin fəaliyyətini qənaətbəxş hesab etmək olar.

Qazanılan nailiyyətlərə görə məktəbin kollektivinə təşəkkür edən Ali Məclisin Sədri kollektivin bundan sonra da yaradılan şəraitdən düzgün istifadə edəcəyinə əminliyini bildirib, onlara tədrisdə uğurlar arzulayıb.

Açılışı bildirən lent kəsildikdən sonra məktəb binasına baxış olub.

Məlumat verilib ki, üçmərtəbəli məktəb binası 192 yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla 12 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter və müəllimlər otaqları, kitabxana, bufet, idman zalı istifadəyə verilib, həyətdə açıq idman qurğuları quraşdırılıb.

Təhsil ocağında şagirdlərin asudə vaxtının səmərəli təşkilinə və biliklərinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilir. Məktəbin kitabxana fondunda 1300 latın qrafikalı dərslik və 1550 bədii ədəbiyyat olmaqla 2850 kitab vardır. Şagirdlər dərs saatlarında əldə etdikləri bilikləri burada daha da möhkəmləndirəcək, dünyagörüşlərini artıracaqlar.

Ali Məclisin Sədri tədris prosesində kitabxana işinin düzgün təşkil olunmasının əhəmiyyətini qeyd edib, şagirdlərin kitabxanaya cəlb edilməsini tapşırıb.

İnformasiya texnologiyalarının tətbiqi təhsildə ən səmərəli vasitədir. Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarına əsaslanan müasir tədris sistemi qurulur. Həyata keçirilən tədbirlərin davamı olaraq Xal-xal kənd tam orta məktəbinin kompyuter sinfində 17 kompyuter dəsti quraşdırılıb və internetə qoşulub. Burada informatika fənni nəzəri və praktik əsaslarla öyrədiləcəkdir. Həmçinin şagirdlər müxtəlif fənlərə aid internet resurslarından istifadə edə biləcəklər. İstifadəyə verilən elektron lövhəli siniflər isə elektron dərsliklərdən istifadə ilə yanaşı, distant dərslərin keçirilməsinə də imkan verəcəkdir.

Ali Məclisin Sədri elektron lövhəli sinifdə Heydər Əliyev muzeyi ilə muxtar respublikanın 212 təhsil müəssisəsi arasında keçirilən distant dərsi izləyib.

Məktəbin laboratoriyaları kimya, biologiya və fizika fənləri üzrə keçirilən dərslərin mövzusuna uyğun müasir təcrübə avadanlıqları ilə təchiz olunub.

Ali Məclisin Sədri birinci sinif şagirdlərinin dərs prosesi ilə maraqlanıb. Bildirilib ki, 2015-2016-cı tədris ilində Xal-xal kənd tam orta məktəbində birinci sinfə 13 şagird qəbul olunub. Uşaqların əvvəlcədən məktəbə hazırlıq məşğələlərinə cəlb olunması onların dərslərdə daha fəal iştirakını təmin edib.

Gənc nəslin intellektual inkişafı ilə yanaşı, sağlam və vətənpərvər ruhda böyüdülməsi də məktəb kollektivinin üzərinə düşən əsas vəzifələrdəndir. Binada geniş idman zalının, hər cür əyani vəsaitlərlə təmin olunan hərbi kabinənin istifadəyə verilməsi kollektivin bu sahədə işini xeyli asanlaşdırıb.

Ali Məclisin Sədri müəllimlərlə söhbət zamanı deyib ki, ölkənin gələcəyi onun gənclərinin hansı səviyyədə yetişməsindən asılıdır. Təhsilli, vətənpərvər gəncləri olan ölkənin gələcəyi də parlaqdır. Ailələrdə uşaqlar məktəbə, məktəblərdə isə ölkənin gələcəyinə hazırlanırlar. Xal-xal kənd tam orta məktəbində də yaxşı təhsil ənənəsi vardır. Kollektiv yaradılan şəraitdən istifadə edərək gələcəkdə nailiyyətləri daha da artırmalı, məktəbdə təhsilli, vətənpərvər gənclər yetişdirilməlidir.

Müəllimlər adından minnətdarlıq edən Məhluqə Kərimova deyib ki, kollektiv uzun illərdir köhnə, yararsız məktəb binasında dərs keçirdi. Bu gün müasir tələblərə uyğun məktəb binasının istifadəyə verilməsi hər bir müəllimi ürəkdən sevindirir, bunu təhsilə göstərilən qayğının daha bir ifadəsi kimi dəyərləndirirlər. Bu gün ölkəmizdə müəllimlərin əməkhaqqı artırılır, onların sosial şəraiti ilbəil yaxşılaşdırılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Sərəncamı da bunun bariz nümunəsidir.

Məktəbin həyəti də abadlaşdırılıb, yaşıllıqlar salınıb.

Kənd mərkəzində müasir şərait yaradılıb

Xal-xal kəndində yeni Kənd mərkəzinin istifadəyə verilməsi və dövlət qurumlarının bir binada yerləşdirilməsi sakinlərin rahatlığını təmin edib.

Sentyabrın 22-də Xal-xal Kənd mərkəzinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Tədbirdə kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Vasif İsmayılov deyib ki, Xal-xal kəndi abad yaşayış məntəqəsinə çevrilib. Bu gün kənddə insanların rahat yaşayışına xidmət edən ən müasir infrastruktur yaradılıb. Kənd tamamilə qazlaşdırılıb, bütün mənzillər fasiləsiz elektrik enerjisi ilə təmin olunub, təsərrüfatların inkişafı və genişləndirilməsi üçün hərtərəfli şərait yaradılıb. Bütün bunlar insanların torpağa bağlılığını daha da artırır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Bu gün Xal-xal kəndinin həyatında əlamətdar gündür. Kənddə yeni sosial obyektlər tikilərək sakinlərin istifadəsinə verilir. Hər bir kəndin abadlaşması orada insanların rahat yaşamasına xidmət edir. Xal-xal kəndində çəkilən yeni yol, tikilən məktəb binası, kənd və xidmət mərkəzləri, kənd mərkəzində yerləşən feldşer-mama məntəqəsi, poçt bölməsi, baytarlıq məntəqəsi və digər xidmət sahələri əhaliyə daha yaxşı xidmət göstərilməsinə, eləcə də onların rahat yaşayışına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Bu gün Xal-xal kəndində görülən kompleks quruculuq işləri müasir Azərbaycan kəndinin nümunəsidir. Yaradılan şəraitdən düzgün istifadə isə kənd sakinlərinin və burada fəaliyyət göstərən dövlət qurumlarının üzərinə düşən əsas vəzifələrdir. Ona görə də sakinlər qurulanları qorumalı, yaşıllıqlar artırmalı, təmizliyə diqqət yetirməli, yaradılan şəraitdən istifadə edərək təsərrüfatlarını genişləndirməlidirlər. Dövlət orqanlarında çalışanlar kəndin abadlaşmasında və inkişafında yaxından iştirak etməli, bu qurumların nizamlı və qanunauyğun fəaliyyətinə diqqət artırılmalıdır. Rayon icra hakimiyyəti də kəndlərdə inkişafın təmin olunması üçün lazımi tədbirlər görməli, məskunlaşma artmalıdır.

Ali Məclisin Sədri kənd sakinlərinin yaradılan şəraitdən səmərəli istifadə edəcəklərinə əminliyini bildirib, onları kənddə aparılan kompleks quruculuq işləri münasibətilə təbrik edib.

Sonra Ali Məclisin Sədri Kənd mərkəzinin açılışını edib.

Məlumat verilib ki, ikimərtəbəli Kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik və baytarlıq məntəqəsi üçün otaqlar, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, rabitə evi, polis sahə və feldşer-mama məntəqələri, kitabxana və iclas zalı yerləşir. Binada dövlət orqanları üçün müasir iş şəraiti yaradılıb, otaqların hər biri zəruri mebel dəstləri ilə təchiz edilib. Kənd mərkəzinin kitabxanasında 10 mindən artıq kitab vardır.

Kənd mərkəzindəki baytarlıq məntəqəsində nümunəvi şərait yaradılıb, lazımi dərman vasitələri və soyuducu qoyulub.

Baxış zamanı tapşırılıb ki, baytarlıq məntəqəsinin əməkdaşları kənddə heyvandarlığın inkişafını, əhalinin keyfiyyətli ət və süd məhsulları ilə təminatını diqqət mərkəzində saxlamalı, yerlərdə maarifləndirici tədbirlər və yoxlamalar aparmalı, mal-qara arasında baş verə biləcək yoluxucu xəstəliklərin qarşısı vaxtında alınmalıdır.

Rabitə evindəki poçt bölməsində lazımi şərait yaradılıb. Burada gündəlik mətbuatın, danışıq və internet kartlarının satışı və digər poçt xidmətləri həyata keçirilir.

Kənd mərkəzində feldşer-mama məntəqəsi üçün 3 otaq ayrılıb. Məntəqə müayinə və ilkin tibbi yardım üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub, lazımi dərman preparatları qoyulub.

Ali Məclisin Sədri insanların sağlamlığının diqqət mərkəzində saxlanılmasının vacibliyini bildirib, hamilə qadınların və uşaqların qeydiyyata alınması, onlara vaxtlı-vaxtında tibbi xidmət göstərilməsi barədə tapşırıqlar verib.

Kənddə yeni Xidmət mərkəzi tikilib

Həmin gün Xal-xal kəndində yeni Xidmət mərkəzinin də açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsdikdən sonra Xidmət mərkəzinə baxıb.

Məlumat verilib ki, Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri və ərzaq-sənaye malları mağazası fəaliyyət göstərir. Xidmət mərkəzinin fəaliyyətə başlaması sakinlərə göstərilən xidmətlərin səviyyəsini yüksəldib. Burada kənddə yetişdirilən məhsullarla yanaşı, keyfiyyətli ərzaq və sənaye malları da satışa çıxarılır. Mərkəzdə 4 nəfər işlə təmin olunub.

Xidmət mərkəzi ilə tanışlıqdan sonra sakinlərlə görüş olub.

Ali Məclisin Sədri deyib ki, Xal-xal kəndi müasir yaşayış məntəqəsinə çevrilib. Zəhmətkeş insanları və bərəkətli torpaqları olan bu kənddə aparılan kompleks quruculuq tədbirləri insanların rahat yaşayışına imkan verəcəkdir. Sakinlər yaradılan şəraitdən istifadə etməli, kəndin abadlığı, təmizliyi qorunub saxlanılmalıdır. Ali Məclisin Sədri qarşıdan gələn Qurban bayramı münasibətilə sakinləri təbrik edib, onlara firavan həyat arzulayıb.

Kənd ağsaqqalı Hamlet Bağırov sakinlər adından minnətdarlıq edərək deyib: Xal-xal kəndində aparılan quruculuq işləri bütün sahələri əhatə edib, yollar abadlaşdırılıb, kənd və xidmət mərkəzləri, məktəb binası kəndə qəsəbə görkəmi verib. Bu gün kənddə əhalinin məşğulluğunun təmin olunması, təsərrüfatların inkişafı, insanların rahat və firavan yaşaması üçün hər cür şərait vardır. Bütün bunlar ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xəttin bəhrələridir. Bu gün ölkəmiz davamlı inkişaf mərhələsindədir. Sabitlik və firavanlıq şəraitində yaşayırıq. Sakinlər göstərilən qayğının müqabilində daha səylə çalışacaq, Ulu Öndərimizin siyasi xəttinə daim sədaqət göstərəcək, ölkəmizin inkişafında, aparılan abadlıq-quruculuq işlərində yaxından iştirak edəcəklər.

* * *

Kənddə aparılan abadlıq-quruculuq tədbirləri çərçivəsində 1100 metr yeraltı rabitə, 800 metr fiber-optik, 3 kilometrdən artıq elektrik xətti çəkilib. Həmçinin yeni tikililərə 680 metr uzunluğunda qaz xətti çəkilib, 200 metr məsafədə damcılı suvarma şəbəkəsi qurulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır

Xəzər dənizi və Orta Dəhliz: Aktau şəhərində Azərbaycan-Qazaxıstan forumu keçirilib

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Şuşada olublar VİDEO

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Goranboy, Mingəçevir və Yevlax sakinlərinin elektrik enerjisi ilə bağlı müraciətləri dinlənilib

Həsən Həsənov: Azərbaycanın dövlət müstəqilliyini qorumaq və möhkəmləndirmək əsas vəzifədir

Yəməndə aclıq səviyyəsi sürətlə artır

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Müdafiə sektorunda kibertəhlükəsizlik üzrə sektorial görüş olub VİDEO

Azərbaycanın “UNECode” komandası Şanlıurfada keçirilən “TEXNOFEST”də qələbə qazanmağı hədəfləyir

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI