BADMİNTONÇULARIN BAKI BİRİNCİLİYİ BAŞA ÇATMIŞDIR
Gənclər günü münasibətilə Bakı Slavyan Universitetində 14-16 yaşlı idmançılar arasında badminton üzrə Bakı birinciliyi keçirilmişdir.
Gənclər, İdman və Turizm Nazirliyindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 16 yaşlı oğlanlar arasında tək hesabda respublika uşaq-gənclər Olimpiya ehtiyatı idman məktəbinin (RUGOEİM) yetirməsi Vüqar Abdullayev, qızlar arasında “Dinamo” idman cəmiyyətinin nümayəndəsi Nərminə Tağıyeva qalib gəlmişlər. Qoşa yarışlarda Vüqar Abdullayev-Rəhim Səlimov (RUGOEİM) və Nərminə Tağıyeva (“Dinamo”)-Əzizə Baxşiyeva (RUGOEİM) birinci yerləri tutmuşlar.
Qarışıq cütlərin yarışlarında birinci yerə Vüqar Abdullayev-Nərminə Tağıyeva çıxmış, habelə 16 yaş həddində mütləq çempionlar adına layiq görülmüşlər.
Paytaxt birinciliyində 14 yaşınadək yeniyetmələr arasında yalnız RUGOEİM-in yetirmələri - Emil Təhməzov və Elmira Novruzəliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar.
Qoşa yarışlarda oğlanlar arasında Rəhim Səlimov-Emil Təhməzov, qızlar arasında Nigar Mehdiyeva-Elmira Novruzəliyeva qalib gəlmişlər. Qarışıq hesabda birinci yerə Lora Mirsəidova və 14 yaşınadək yeniyetmələr arasında mütləq çempion olmuş Emil Təhməzov layiq görülmüşlər.
Bakı birinciliyinin mükafatçıları yaxın günlərdə İranda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]