ELM VƏ TƏHSİL
Bağçalara tərbiyəçi-müəllimlərin işə qəbulu elan olunub




Bakı, 29 dekabr, AZƏRTAC
Tərbiyəçi-müəllim vəzifəsi üzrə məktəbəqədər təhsil müəssisələrinə faktiki yaşayış yeri üzrə reytinqə uyğun namizəd olmadığına görə vakansiya seçiminə başlanılır.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vakansiya seçimində məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin həm test, həm də müsahibə mərhələsində uğur qazanan namizədlər iştirak edə bilərlər.
Vakansiya seçimində iştirak etmək istəyən şəxslər linkə daxil olaraq müvafiq xanaları doldurduqdan sonra 1 vakant yer seçimi edə bilərlər.
Qeyd edək ki, vakansiya seçimi 6 yanvar saat 18:00-dək davam edəcək.