BAĞDADDA GÜCLÜ PARTLAYIŞLAR BAŞ VERMİŞDİR
Martın 21-də səhər, İraqın paytaxtı Bağdad şəhərində bir birinin ardınca 3 güclü partlayış baş vermişdir. Partlayışların səbəbi atılan raket mərmiləridir. Raketlərdən biri İraqın Xarici İşlər Nazirliyinin binasına, ikincisi, binanın qarşısındakı boş əraziyə düşmüşdür. Üçüncü raket isə Mansur rayonunda yerləşən köhnə Beynəlxalq Yarmarkanın ərazisində partlamışdır. Partlayışlar nəticəsində bir nəfər həlak olmuş, 3 nəfər yaralanmışdır. Qeyd etmək lazımdır ki, martın 20-də axşam saatlarında Bağdadın 50 kilometrliyində Felluca şəhərində də partlayışlar olmuşdur. Partlayışlar zamanı ABŞ-ın 2 əsgəri həlak olmuş, 7 əsgər yaralanmışdır.