“Bakı-2017”: Azərbaycanın qadın həndbolçuları finalda
Bakı, 13 may, G.Mahmudlu, B.Vəliyev, AZƏRTAC
“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında qadınların yarışında mayın 13-də ilk finalçı müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, yarımfinal mərhələsində Özbəkistan yığmasını 42:25 hesabı ilə məğlub edən Azərbaycan milli komandası adını finala yazdıran ilk komanda olub.
“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən oyunu iraqlı hakimlər briqadası idarə edib.
Digər finalçı isə Türkiyə-Kamerun matçından sonra müəyyənləşəcək.