“Bakı-2017”: Kişi tennisçilərdən ibarət Azərbaycan millisi Qətər yığması ilə qarşılaşıb
Bakı, 13 may, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarının tennis yarışları çərçivəsində Azərbaycanın kişilərdən ibarət komandası ilə Qətər təmsilçiləri üz-üzə gəlib.
AZƏRTAC xəbər verir ki, gərgin idman mübarizəsi şəraitində keçən görüş Qətər millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, “B” qrupunda yer alan Azərbaycan komandası növbəti oyununu İordaniyaya qarşı keçirəcək.