BAKI “ANDERLEXT”LƏ YOLDAŞLIQ GÖRÜŞÜ KEÇİRƏCƏKDİR
“Bakı” futbol klubu Belçikanın “Anderlext” komandası ilə yoldaşlıq görüşü keçirəcəkdir.
Klubdan AZƏRTAC-a bildirmişlər ki, oyun “Anderlext” klubu ilə əməkdaşlıq haqqında əldə olunmuş razılığa əsasən keçiriləcəkdir.
Brüsseldə “Bakı” klubunun vitse-prezidenti Tunç Afşar və “Anderlext”in baş müdiri Herman Van Holsbeeck arasında görüşdə Belçika klubunun mütəxəssislərinin ölkəmizə səfərləri haqqında razılıq əldə olunmuşdur. Razılığa əsasən, “Anderlext” klubunun seleksiyaçıları Bekir Tedik və Rik Velde noyabr ayında “Bakı”nın yeniyetmə və gənclərdən ibarət komandasının məşqlərini izləyəcəklər. Dekabr ayından isə “Bakı”nın yeniyetmə futbolçuları “Anderlext”in məşqlərinə qatılacaqlar.
Bundan əlavə gələn il “Bakı”nın gənc futbolçuları arasında təşkil olunacaq festivalda “Anderlext”in yeniyetmələrdən ibarət komandasının da iştirakı planlaşdırılır.
Qeyd edək ki, bu il 100 illiyini qeyd edəcək “Anderlext” 2 dəfə Avropa Superkubokunu, 1 dəfə UEFA Kubokunu, 2 dəfə Avropa Kuboklar Kubokunu və 29 dəfə Belçika çempionu adını qazanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:09]
Azərbaycanlı alpinist Vəfa Musayeva haqqında film mükafata layiq görülüb
- 12.10.2026 [15:03]
Azərbaycan voleybol millisi Türkiyə toplanışını başa vurub
- 12.10.2026 [14:43]
Arda Turana Türkiyə millisinin baş məşqçisi vəzifəsi təklif edilib
- 12.10.2026 [14:27]
Konkur üzrə “Omar” kuboku uğrunda yarışların qalibi bəlli olub
- 12.10.2026 [14:05]
Avropa Kuboku: “Neftçi”nin Latviya klubu ilə matçının yeri dəyişdirilib
- 12.10.2026 [13:58]
Bakıda gümüş medal qazanan fransalı cüdoçu: Dünya çempionatı möhtəşəm idi
- 12.10.2026 [13:07]
Azərbaycan kapoeyraçıları Tallində 6 medal qazanıblar
- 12.10.2026 [12:54]
Premyer Liqanın VII turunda üç əlamətdar statistik göstərici qeydə alınıb
- 12.10.2026 [12:13]