Bakı Avrasiya Universitetində Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir
Bakı, 27 fevral (AZƏRTAC). Bakı Avrasiya Universitetində Xocalı faciəsinin 21-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir.
Universitetdən AZƏRTAC-a bildirmişlər ki, əvvəlcə tədbir iştirakçıları Xocalı faciəsində həlak olanların əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimdə universitetin prorektoru, professor Nazim Cəfərli Xocalı soyqırımının dünyada tanınması yolunda dövlətimizin başçısının sərəncamlarını xatırlatmış və bu istiqamətdə gənclərin üzərinə düşən vacib məqamlara toxunmuşdur.
Rektorun köməkçisi Şəfayət Əliyev Xocalı faciəsinin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdırmaqda gənc nəslin səfərbər olmasından danışmışdır. O, bu ali təhsil ocağı rəhbərliyinin Xocalı faciəsinin ildönümü haqqında tələbələrə müraciətini oxumuşdur.
Sonra universitetin müəllim-tələbə kollektivi Xocalı faciəsi ilə bağlı düşüncələrini bölüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]