BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 200 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4913 manata bərabər olmuşdur. Təklif 175 min dollar və tələb 200 min dollar olduğu halda, manatın məzənnəsi 2 bənd düşərək 1 dollar üçün 4915 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4913,97 manat həddində idi. BEST-də USDAZM T+0 aləti üzrə 3 milyon 878 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 19,056 milyarddır. Bir əqdə, orta hesabla, 554 min dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də RUR/AZM TOM aləti üzrə 1 RUR üçün 169,79 manat məzənnəsi ilə 1 milyon 500 min rubl məbləğində əqd bağlanmışdır. BEST-də AVRAZM alətləri üzrə banklar tərəfindən sifariş verilməmişdir. BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 35,734 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
Mayın 20-də Bakı birjasında banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.