BAKI BANKLARARASI VALYUTA BIRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın muxbirinə bildirmislər ki, səhər keçirilmis səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 625 min dollar təşkil etmisdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABS dolları üçün 4910 manat olmusdur. Təklif 580 min və tələb 625 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və1 dollar üçün 4911 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4911 manat həddində idi. BEST-də USDAZM T+0 aləti uzrə 718 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 3,526 milyarddır. Bir əqdə, orta hesabla, 119 667 dollar duşmüşdür.
Tələbat olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də AVR/AZM TOM aləti üzrə 1 AVR üçün 6039,00 manat məzənnə ilə, umumən, 10 min AVR məbləğində əqd bağlanmışdır.
BEST-də banklar RUR/AZM aləti uzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 39,818 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermislər.
İyunun 2-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.