BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-analitik şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, səhər keçirilmiş səsli hərracların yekunlarına görə bağlanmış əqdlərin həcmi 200 min dollar təşkil etmişdir. Hərrac sessiyasının açılış məzənnəsi 1 ABŞ dolları üçün 4903 manat olmuşdur. Təklifin həcmi 160 min dollar və tələbin həcmi 200 min dollar olduğu halda, manatın məzənnəsi 1 bənd düşmüş və 1 dollar üçün 4904 manat təşkil etmişdir.
Elektron hərraclarının birja sistemindəki (BEST) bank sifarişlərində ABŞ valyutasının qiyməti 1 dollar üçün 4904,87 manat həddində idi.
BEST-də USD/AZM T+0 aləti üzrə 4 milyon 801 min dollara bərabər həcm qeydə alınmışdır ki, bu da manat ekvivalenti ilə 23,548 milyarddır. Bir əqdə, orta hesabla, 1 600 333 dollar düşmüşdür.
Tələb olmadığından dilerlər USD/AZM T+1 və T+2 alətləri üzrə əqd bağlamamışlar.
BEST-də RUR/AZM aləti üzrə 1 RUR üçün 169,24 manat məzənnə ilə, ümumən, 420 min RUR məbləğində əqd bağlanmışdır.
BEST-də banklar AVR/AZM aləti üzrə sifariş verməmişlər.
BEST sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar, ümumən, 37,116 milyard manat məbləğində kredit cəlb etmək və yerləşdirmək üçün sifarişlər vermişlər.
İyunun 29-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.