BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4593 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 930 min dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi 1,00 bənd düşərək, 4594 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 5 milyon 163 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4594,89 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 6 milyon 93 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 27 milyard 996 milyondur. Bir əqdə orta hesabla 406 200 dollar düşmüşdür.
USD/AZM T+1 aləti üzrə 400 min dollar məbləğində bir əqd bağlanmışdır. Dolların məzənnəsi 4595 manat olmuşdur.
USD/AZM T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsinə dair ümumən 17,778 milyard manat məbləğində sifarişlər vermişlər.
Oktyabrın 11-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.