BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZM-in məzənnəsi 1 dollar üçün 4595,00 manata bərabər idi. USD/AZM T+0 aləti üzrə 3 milyon dollar həcmində əqd bağlanmışdır. Sessiyanın yekunlarına görə manatın məzənnəsi düşərək, 4597,00 manat olmuşdur.
EHBS-in gündüz sessiyasında USD/AZM T+0 aləti üzrə 1 milyon 450 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 4597,00 manat olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 4 milyon 450 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 20 milyard 457 milyondur. Bir əqdə orta hesabla 890 000 dollar düşmüşdür.
USD/AZM T+1, T+2 və SWAP_USD/AZM alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZM, RUR/AZM alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında banklar kreditlərin cəlb edilməsi və yerləşdirilməsinə dair ümumən 17,782 milyard manat məbləğində sifarişlər vermişlər.
Oktyabrın 26-da birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.