BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8896 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 1 milyon 877 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın dollara nisbətən məzənnəsi 0,0005 bənd qalxaraq, 0,8891 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 8 milyon 50 min dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8890 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 9 milyon 927 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 8 831 961 AZN təşkil edir. Bir əqdə orta hesabla 992 700 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
AUR/AZN T+1 aləti üzrə 34 min avro məbləğində bir əqd bağlanmışdır. Avronun məzənnəsi 1,1158 AZN olmuşdur.
Banklar AUR/AZN T+0 və RUB/AZN T+0 və T+1 alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,84 faiz, ABŞ dolları üzrə isə 14,65 faiz təşkil etmişdir.
İyulun 18-də birjada banklar arasında kredit alətləri üzrə əqd bağlanmamışdır.