BAKI BANKLARARASI VALYUTA BİRJASINDA HƏRRACLARIN YEKUNLARI
Birjanın informasiya-təhlil şöbəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, elektron hərraclarının birja sistemində (EHBS) səhər sessiyasının açılışında USD/AZN-in məzənnəsi 1 dollar üçün 0,8889 AZN-ə bərabər idi. USD/AZN T+0 aləti üzrə bağlanmış əqdlərin həcmi 6 milyon 50 min dollar olmuşdur. Sessiyanın yekunlarına görə manatın dollara nisbətən məzənnəsi 0,0001 bənd qalxaraq, 0,8888 AZN təşkil etmişdir.
EHBS-in gündüz sessiyasında USD/AZN T+0 aləti üzrə 5 milyon dollara bərabər əqd qeydə alınmışdır. Gündüz sessiyasının orta hesablanmış məzənnəsi 1 dollar üçün 0,8888 AZN olmuşdur.
Beləliklə, hər iki sessiyanın yekunlarına görə dollar alətləri üzrə hərracların ümumi həcmi 11 milyon 50 min dollar olmuşdur ki, bu da manat ekvivalenti ilə 9 821 030 AZN təşkil edir. Bir əqdə orta hesabla 2 762 500 dollar düşmüşdür.
USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələb olmadığından dilerlər əqd bağlamamışlar.
EHBS-də banklar AUR/AZN, RUB/AZN alətləri üzrə sifariş verməmişlər.
EHBS sistemi çərçivəsində fəaliyyət göstərən banklararası kredit bazarında market-meykerlər tərəfindən verilən sifarişlər əsasında hesablanan BakiBOR indeksi 90 günlük alətlər üzrə illik manatla 14,67 faiz, ABŞ dolları üzrə isə 14,46 faiz təşkil etmişdir.
İyulun 20-də banklararası kredit bazarında müvafiq surətdə illik 16 faizlə 900 000 AZN həcmində, 16 faizlə 200 000 AZN həcmində və 17 faizlə 300 000 AZN həcmində üç əqd qeydə alınmışdır.