Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Fotoqrafiya Evində marionet kuklaların “Dialoq” sərgisi açılıb

Bakı, 21 dekabr, Tatyana İvanayeva, AZƏRTAC

İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində dekabrın 22-dək davam edəcək unikal “Dialoq” sərgisinin ekspozisiyası açılıb. Sərgi gürcü rəssam Baçana Xalvaşinin müəllifi olduğu marionet kuklaların heyrətamiz dünyasını təqdim edir.

AZƏRTAC xəbər verir ki, dünyanın bir çox ölkələrində tanınan kukla ustası Bakıya filiqran quruluşu ilə tamaşaçıları valeh edən marionet kuklalar kolleksiyasını gətirib. Bakı Marionet Teatrının qurucusu və rəhbəri Tərlan Qorçu qeyd edib ki, kuklalarla ən mükəmməl səviyyədə tanış olmaları üçün ekspozisiyanı xüsusi olaraq tamaşaçılara daha yaxın ediblər. Bu kuklalar artıq incəsənətdə öz yerini tapıb və onların kökü Qədim Misir və Qədim Yunanıstana gedib çıxır.

Bu gün öz əhəmiyyətini itirməyən marionetlər, əvvəllər olduğu kimi, indi də müəyyən fəlsəfi missiya daşıyır. Bu səbəbdən sərgi məkanı tamaşaçıları sanki mübhəm ab-havaya, uşaqlıq illərinin xatirələrinə, sehrbazlıq aləminə aparır... Ona görə də marionetlərin yaradılması sənəti ətraf mühitə məxsusi baxışın ən yüksək formasıdır.

Gürcü rəssam sərginin açılışında iştirakçıları salamlayaraq bildirib ki, hər şeydən əvvəl dostu Tərlan Qorçuya və onu əhatə edən insanlara minnətdardır. O, həmçinin qeyd edib ki, işıqlı, gözəl və xeyirxah məkan olan Bakı Marionet Teatrı ilə fəxr edir. Bakıya yollanan bütün dostlarına bu teatra baş çəkməyi tövsiyə edir. Axı bu incəsənət məkanı təkcə özünün quruluşları və ab-havası ilə maraq kəsb etmir. Başlıcası, bu emosiyaları teatrdan kənara da çıxarmaq olar. Məsələn, Baçana bildirib ki, onun yaradılmasına bilavasitə aidiyyəti olduğu kuklalarla olan tamaşaya baxdıqdan sonra yaşamağın gözəl olduğu qənaətini bir daha hasil edib. Axı bu incəsənət insanlara çoxlu sevinc gətirir.

Usta, həmçinin AZƏRTAC-ın müxbirini suallarını cavablandırıb.

-Kuklalar daha çox maraq doğurur, yoxsa insanlar?

-İnsanlar!

-Kuklaları yaradan zaman siz hansısa insanları nəzərdə tutursunuz?

-Bilirsiniz, bütün bunlar birmənalı deyil. Mən həmişə deyirəm ki, hər hansı şəhərin albomu hazırlananda və arxitekturası çəkiləndə, həmin şəkillərdə bəzən mənim üçün nə isə çatışmır. Məhz insanlar çatışmır. Çünki istənilən şəhəri insansız təsəvvür etmək olmaz! Məhz onlar sonradan başqa obrazlara çevrilirlər. Ümumilikdə, bütün hallarda, həmişə insan faktoru öndə gəlir!

-Marionetlər adətən insan taleyinin də ipdən sallandığına işarət edir. Həmin iplər onu bu və ya digər istiqamətə aparır.

-Bu, marionetlərə aid edilən ən çox yayılmış fəlsəfi düşüncədir. Amma onlar hər şeydən əvvəl təsviri sənət əşyasıdır. Heykəltaraşlığa daha yaxındır. Gəncliyində marionetlər mənim üçün eksperimental əşya, tədqiqat mənbəyi idi...

-Niyə məhz marionetlər? Axı kukla sənəti kifayət qədər genişdir...

-Bunun səbəbləri çoxdur... Onlar sonradan bir-birinin ardınca düzülür, amma belə olan halda müəyyən təsadüflər də baş verə bilər. Onlar daha sonra dərinliyə vara bilər. Kiçik nümunə: Tərlan gördü ki, mən qısa mətndə hər şeyin necə başlandığını ifadə etmişəm. Onun fikrincə, burada müəyyən məqamlar bəzi insanlar üçün aydın olmayacaq. Mənim zənnimcə, bizim anladığımız hər şeyi başqaları da müəyyən dərəcədə başa düşə bilər. Axı biz bir-birimizlə əlaqəliyik. Rezo Qabriadze ilə dostluğumuz da mənim kuklaçı işlədiyim teatrda belə başlayıb, Tərlan isə tamaşaya quruluş vermək üçün dəvət olunmuşdu. Beləliklə, hər hansı təsadüflər taleyüklü hadisələrin səbəbi ola bilər.

-Kuklaların milliyyəti olurmu?

-Bu, mürəkkəb sualdır... Çünki Yaradanın sayəsində insan öz ölkəsini, xalqını qavraya bilirsə, tamamilə əminəm ki, o, başqa xalqlarla bağlı bilikləri tam şəkildə mənimsəyə bilmir. Ona görə də Tərlan üçün kuklalar yaratdıqda, antik dövrün ümumi şəkildə qəbul edilmiş qaydalarını əsas götürdük. Yəni, bu sonuncu amil Şərqlə bağlıdır və nəticədə, tamamilə gözəl bir kukla alınır.

-Əfsanələrə görə, insanın nəzərindən qıraqda qalan kuklalar öz həyatlarını yaşa bilərlər...

-Tanrıya inanan bir insan kimi deyə bilərəm ki, sözlər də kitablarda yaşayır. Məndə həmişə belə təəssürat olub ki, kitabları açdıqda sözlərlə görüşə bilərəm. Beləliklə, ola bilər ki, kuklaların həyatı ilə bağlı söz-söhbətlər tamamilə təbiidir (gülür).

-Sizin Tərlan Qorçu ilə dostluğunuz sanki Gürcüstan ilə Azərbaycan arasında dostluq münasibətlərini təcəssüm etdirir.

-Düzünü desək, bu aspekt mənim üçün çox həssasdır. Çünki bu və ya başqa dərəcədə biz həmin qarşılıqlı münasibətlərin dərinliyini əks etdiririk. Bütün bunlar dənizdə bir damla kimidir, hər bir insanda və hər hansı dostluq təzahüründə qarşılıqlı anlaşmanın, dəstəyin, mehriban qonşuluğun və bir çox başqa incəliklərin əhəmiyyəti görünür. Biz onunla 40 ildən çoxdur dostluq ediriksə, kuklalar üzrə əməkdaşlığımız bir ildən bir az artıqdır. Qalan vaxt ərzində biz məhz dost olmuşuq. Bir-birimizi dərk etməyə çalışırdıq. Ailələrimiz və uşaqlarımız da bir zamanlar başlayan dostluğumuzu möhkəmləndirməkdə davam edirlər. Bu, təkcə yaradıcılıqla səciyyələnmir...

-Sərgi “Dialoq” adını daşıyır...

-Tamamilə doğrudur! Axı incəsənət özü də daimi dialoqdur. İstənilən halda və təzahürdə... Bu adı seçdiyində, yanılmamışıq.

-Kuklalar nədən danışa bilər?

-İstənilən mövzuda! İlk növbədə, biz incəsənətdən danışırıq. Marionetlər isə onun bir az spesifik formasıdır. Ola bilər ki, musiqi və ya rəssamlıq kimi o qədər də populyar deyil, amma gözəlliyə xidmət edir. Sonra isə istədiyiniz qədər dərinliyə gedə bilərsiniz. Əgər belə imkan mövcuddursa. İncəsənət yaxşıdırsa, ona diqqət də böyük olur. Əks halda, insan gördüklərinə biganə qalır.

-Bu, sizin Bakıya ilk səfəriniz deyil...

-Sərgi iştirakçısı kimi birinci səfərimdir. Tanrıya şükür olsun ki, bu səfər belə gözəl yerdə baş verir. Çünki yaxşı olan hər şey yekunda yüksək təəssürat doğurur.

-Siz öz yaradıcılıq yolunuza məhz bu məqamda yekun vurmaq qərarına gəldiniz?

-Yəqin ki, belədir. Bu, ciddidir... Demək ki, bizi irəlidə mütləq yaxşı bir şey gözləyir. Düşünürəm ki, biz mükəmməl işlər görəcəyik!.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

Azərbaycan və Özbəkistan Xarici İşlər nazirlikləri arasında konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycanın kitab mədəniyyəti 78-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təqdim olunur

“Lions de Geneve” klubunun basketbolçusu: Oyun üçün əsas planımız təzyiq göstərmək idi

Dizayner Ləman Süleymanova: Xalça qadın obrazına çevrilir, onun gücünü və xarakterini göstərir

İsveçrə klubunun baş məşqçisi: Rəqibi son üç ildə gördükləri işə görə təbrik edirəm

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub

"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq

Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Azərbaycan cüdoçusu: Bu bürünc medal tək mənim deyil, bütün ailəmin əməyinin bəhrəsidir VİDEO

Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub

Lerikdə iki yol qəzası baş verib, xəsarət alanlar var

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim VİDEO

“İsayas” tropik fırtınasının ABŞ sahilləri üçün təhlükəli qasırğaya çevriləcəyi gözlənilir

Milli Xalça Muzeyində “Tarixə toxunuş” sərgisi açılıb

Bu saata olan əsas xəbərlər

Nazir: Türkiyədə yeni sənaye zonalarının planlaşdırılması Zəngəzur dəhlizi nəzərə alınmaqla aparılır

Azərbaycanlı gənc tədqiqatçılar Antalya Konqresində ölkəmizi uğurla təmsil ediblər

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

Naxçıvanda suvarma su təminatı yaxşılaşır, payızlıq taxıl əkinləri genişlənir - Babək rayonundan REPORTAJ VİDEO

AHİK sədri: Texnoloji tərəqqi sosialyönümlü olmalı, yeni texnologiyalar layiqli əməyə xidmət etməlidir

“SABAH.city”də AzTU-nun süni intellektəsaslı mühəndislik təhlükəsizliyi mərkəzi yaradılacaq

Azərbaycan cüdoçusu Bakıdakı dünya çempionatında gümüş medal qazanıb - YENİLƏNİB

Murad Hüseynov: Azərbaycanın zəngin bəstəkarlıq məktəbi dünya səhnələrində təntənə ilə təbliğ olunur

Milli İncəsənət Muzeyinin zəngin kolleksiyası və yeni layihələri media nümayəndələrinə təqdim olunub

® “Azercell” “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

Ukraynalı uşaqlar üçün ekskursiya təşkil olunub

Nazir: Şərqlə Qərb arasında dayanıqlı əlaqələrin formalaşmasında Orta Dəhlizin rolu artır

Aqrar sahə ilə bağlı qanun layihəsi Milli Məclisdə ictimai dinləməyə çıxarılıb

Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

Lotar Matteus: Azərbaycanda cüdoya böyük sevgi var və bunu arenada hiss etmək mümkündür VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

AnewZ: Almaniyanın keçmiş kəşfiyyat rəhbəri ilə bağlı araşdırmanın Azərbaycanla heç bir əlaqəsi yoxdur VİDEO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC-in məzunu tələbələrə təcrübəsindən danışıb

ƏMAS vasitəsilə əmək hüquqlarının qorunmasına necə nəzarət edilir?

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb – QRAFİK

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır - ŞƏRH

Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar

Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb

Sabah Masallının 5 kəndində qaz olmayacaq

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

İş mühitində sağlam rəqabət və əməkdaşlığın rolu mövzusunda təlim təşkil olunub

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Yunis Əmrə İnstitutunun müəllim-tələbə heyəti Nizami muzeyini ziyarət edib

Azərbaycan ilə Estoniya arasında texnologiyalar sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib

Katexdə yerləşən Böyük Qafqaz səddinin qalıqları beynəlxalq səviyyədə tədqiq edilir

Türkman irsinin tədqiqi: Kərkükdən gələn ziyalılarla “Körpü”də görüş

Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq

Yəməndə köçkünlərin sayı 200 mini keçib

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclası keçirilib

Ərdoğan Putinlə söhbətində Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin əhəmiyyətini vurğulayıb

Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb

Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib

Qaradağda baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb – YENİLƏNİB

Ceyhun Bayramov: Azərbaycan MDB dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqdir

Azərbaycan güləş yığmalarının U-23 dünya çempionatı üçün heyəti açıqlanıb

ICMP-nin baş direktoru: İtkin şəxslərin ailələrinin həqiqəti bilmək, ədalət və kompensasiya hüququ var

Cahangir Cahangirov sənətinin işığında möhtəşəm musiqi gecəsi

Fransanın tanınmış basketbol klubu müflis elan olunub

Kəlağayı el sənətinin tarixi və milli dəyəri - AMEA-da elmi sessiya

Bakı dünya tanqo həvəskarlarını bir araya gətirəcək

Zəfərdən yeni mərhələyə: Xaçmazda YAP-ın VIII Qurultayında qarşıya qoyulan məsələlər müzakirə olunub

Murad Hüseynov: Azərbaycan musiqisinin dünya səhnələrində təqdimatını genişləndiririk

“Koroğlu” və “Arşın mal alan” Azərbaycan musiqisinin dünya səhnəsindəki simvollarıdır

Rusiyanın Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

Şərqşünaslıq İnstitutunda görüş: Azərbaycan-türkman əlaqələri inkişaf etdirilir

Nazir müavini: Üzeyir Hacıbəyli Festivalı musiqi irsimizin təbliğinə xidmət edir

“Avropada Təhsil” sərgisinə həsr olunmuş brifinq keçirilib

Andrey Sibiqa: Ukrayna Azərbaycan tərəfinin göstərdiyi həmrəylik və praktiki dəstəyi yüksək qiymətləndirir

“Clarivate Günləri”: AzTU əməkdaşlarının elmi resurslarla işləmək bacarıqları inkişaf etdirilir

Daha bir neçə avtobus marşrutu müsabiqəyə çıxarılır

“Azərbaycan Dəmir Yolları” 9 ayda yükdaşımanı 11 faiz artırıb

Türkiyə eksperti: Orta Dəhliz Türk dünyasının transformasiyası üçün başlanğıc nöqtəsidir

Niderland şirkəti ilə saxlama-anbar komplekslərinin yaradılması barədə fikir mübadiləsi aparılıb

Beynəlxalq ekspertlər tələbələrə milli parkların idarə olunmasından danışıblar

Apellyasiya Arbitraj Tribunalı iki şikayətlə bağlı qərar qəbul edib

Dünya və Avropa çempionu olmuş futbolçu karyerasını bitirib

Layiqli əmək sosial rifahın əsas şərtidir - BDU-da dəyirmi masa

“Azərbaycan tarixşünaslığında monqollar dövrü”nə dair yeni monoqrafiya çap olunub

İsfar Sarabski: “Baku Jazz Festival” kimi tədbirlər daha çox keçirilməlidir

Azərbaycan Kubokunda yeni mövsüm başlayıb

Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb

Ukrayna Avropa İttifaqından müdafiə məqsədləri üçün 1,2 milyard avro alıb

Qazaxıstan Rusiya ilə neft tədarükünə dair sazişin müddətini 2028-ci ilədək uzadıb

Aİ-də yeni nəqliyyat vasitələrinin satışlarında elektrikli avtomobillərin payı 22 faizə yüksəlib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan nümayəndələri beynəlxalq kibertəhlükəsizlik yarışında uğur qazanıblar

Ziya Səlcuqun “Qırx dəfə demişəm” kitabı təqdim olunub

AFFA nümayəndəsi UEFA-dan təyinat alıb

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Türkiyəli nazir müavini: İtkin şəxslərin taleyinin aydınlaşdırılması hamımızın humanitar məsuliyyətidir VİDEO

Səfir: Litva universitetləri Azərbaycanın ali təhsil ocaqları ilə sıx əməkdaşlıq edir

® KPMG “Davr Bank”ın 51 faiz səhminin alışı ilə bağlı ABB-yə məsləhət xidmətləri göstərib

Fətəli xan Xoyskinin 150 illik yubileyi münasibətilə elmi sessiya təşkil olunub

“Mənim öz bayrağım olmalıdır” – şəhid kapitanın uşaqlıq arzusu

Skandinaviyada Dəmir dövrünə aid qeyri-adi dəfn yerləri tapılıb

ADEA heyəti 5 illik yubiley münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Doqquz ayda dövlət büdcəsindən 254 milyon manatdan çox vəsait geri qaytarılıb

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO

“Dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 10 sentyabr tarixli 789 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Milli Kitabxanada “İstiqlal söhbətləri” kitabının təqdimatı olub

Aİ-nin ölkəmizdəki səfiri: 2008-ci ildən etibarən Azərbaycanda 29 layihə reallaşdırılıb