Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Fotoqrafiya Evində “Qurama Art” sərgisi açılıb

Bakı, 28 dekabr, Tatyana İvanayeva, AZƏRTAC

İçərişəhərdə yerləşən Bakı Fotoqrafiya Evində II Milli Qurama Festivalı çərçivəsində “Qurama Art” sərgisi açılıb. Ekspozisiyaya 17 rəssamın müasir və milli incəsənətlərin inteqrasiyası mövzusunu əks etdirən əsərləri daxil edilib.

Ekspozisiyada Vüqar Əli, Mehriban Şəmsəddinskaya, Vüsalə Ağarzayeva, Məmməd Rəşidov, Orxan Qarayev, Pərinisə Əsgərova, Aytən Abdullayeva, Günel Ravilova, Rəna Tağıyeva, Elçin Yəhyazadə, Ceyhun Coşqun, Gülya Bektamirova, Səadət Bəkirova, Şəlalə Salamzadə, Ağamalı Əliyev, Tamirə İbrahimova və Nərgiz Əsgərovanın əl işləri təqdim edilib.

Azərbaycan Rəssamlar İttifaqı Gənclər bölməsinin üzvü, bir çox respublika və beynəlxalq sərgilərin iştirakçısı Orxan Qarayev AZƏRTAC-a müsahibəsində qeyd edib: “Mən bu sərgi üçün öz xatirələrimi əks etdirən xüsusi əl işi hazırlamışam. Aydındır ki, mən artıq quramanın yaradılması prosesinin şahidi olmuşam, amma ailəmizdə nənəmdən qalan əşyalar indi də var. Onları gətirdikdə, valideynlərim müxtəlif rəngarəng detalları seçərkən bu və ya başqa parçanın, hansısa yaylığın, paltarın bir hissəsi olduğunu danışırdılar. Onların hər biri hansısa hadisələrlə bağlı idi. Ağlıma belə bir fikir gəldi ki, hər bir hissəcik və parça bir ailənin, müəyyən bir şəraitin, bir bayramın əlamətidir. Ona görə də mənim əl işlərimdə tarixi elementlər, topladığım əşyalar var və sanki onların köməyi ilə öz ailəmin tarixçəsini yazıram”.

Rəssam Rəna Tağıyeva öz hisslərini bölüşərək deyib: “Qurama müəyyən fikirlərin çatdırılmasının bir formasıdır. Bu incəsənət növünü bir tərəfdən klassik ornamentlərə aid etmək olar, onlar məhz iş prosesində yaradılır. Bu zaman rənglərin ardıcıllığı əvvəlcədən planlaşdırılmır. Həmin prosesdə hər şey öz-özünə alınır. Bu sərgidə iştirak etmək təklifi aldığımda, hazırda ekspozisiyada təqdim olunan işlərdə əks olunmuş obrazları xəyalımda canlandırdım. Burada əks olunanlar həm də mənim bir parçamdır. Əslində, qurama mənim üslubuma yaxındır və onu çəkdiyim digər rəsmlərdə də görmək olar. Beləliklə, bu layihədə iştirak etmək mənim üçün maraqlıdır”.

“Qurama Art” sərgisində təqdim edilmiş incəsənət əsərləri öz rəngarəngliyi ilə incəsənətin ən sərbəst seçimlərindən birinin mahiyyət strukturunu əks etdirir. Bakı Fotoqrafiya Evinin rahat zallarında nümayiş etdirilən əsərlər təkcə müasir təsviri sənət və heykəltaraşlıq nümunələri deyil. Burada quramanın miniatürlərdə, xəttatlıqda əks olunmasını, həmçinin kompüter qrafikası və rəqəmsal texnologiyaların köməyi ilə yaradılmış əl işlərini görmək olar.

Azərbaycanın Əməkdar rəssamı Vüqar Əli qurama sənətində yer üzündəki bütün canlılarla dərin əlaqəni görür: “Məlumdur ki, qurama qədim sənətdir, həmişə Azərbaycanda mövcud olmuş dekorativ-tətbiqi incəsənət növünə aiddir. Elə bir ailə yoxdur ki, quramadan bixəbər olsun və onun işlənməsi qaydasını bilməsin. Bizim nənələrimiz, ulu nənələrimiz bu sənətə müraciət ediblər... O, məişətdə istifadə olunan əşyaları bəzəyib, aksesuar və bəzək qismində həyatımıza daxil olub. Mən ailəmizdə qorunub saxlanılan nənəmin quramasını görmüşəm. Bu, həmişə mənim üçün əsl xalça olub. Bəli, qurama başqa və fərqli sənət növüdür, amma onun yaradılması prinsipi sanki xalça toxunması qaydasını təkrar edir. Artıq illər keçdikdən sonra rəssamlıq məktəbinin tələbəsi olduğum vaxtlarda təhsil prosesi ilə paralel olaraq digər gənc rəssamlarla birlikdə Xudu Məmmədovun seminarlarında iştirak edirdim. O, gözəl tədqiqatçı və məşhur alim idi, elmin incəsənətlə vəhdətini yaradırdı. Biz ondan öyrəndik ki, insan orqanizminin bütün hüceyrələri - onun mikroskopik modulları xalçaçılıq sisteminə uyğun gəlir. Beləliklə, məndə kristalloqrafiya və modul sisteminə maraq yarandı. Bu, təsviri sənət əsərlərinin yaradılması prosesində kompozisiya həllərinə təsir göstərdi. Bütün bunlar mənim sərgidə təqdim etdiyim əl işlərində mövcuddur. Beləliklə, qurama artıq çoxdandır ki, mənim yaradıcılığımın bir hissəsidir”.

“Qurama Art” sərgisi Bakı və regionları əhatə edən genişmiqyaslı parlaq hadisələrin yekun “akkordu” oldu. Bu tədbir bütün dünyada təbiətin ilham verdiyi, insan ruhu və onun rənglərdə təzahürü ilə xarakterizə olunan mozaika tipli yaradıcılıq əsərlərinin populyar olduğu milli əl işləri növünə marağı artırır.

Azərbaycanın Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova qeyd edib: “Azərbaycanda qurama sənəti öz aktuallığı və populyarlığı ilə şöhrət tapıb. Hələ qədim vaxtlarda beynəlxalq terminologiyada “patçvork” adı daşıyan qurama metodları vasitəsilə qadınlar kiçik parça hissələrindən gözəl məmulatlar hazırlayır, onları vahid pannoda toplayaraq illərlə qoruyub saxlayırdılar. Bu zaman bir çox kompozisiya üsullarına və rənglərin ahəngi qanunlarına riayət edilirdi. Qurama sənətinin ən başlıca unikallığı ondan ibarətdir ki, parça hissələri yekunda vahid kompozisiyanın əmələ gələcəyi tərzdə toplanılır. Qurama ötən yüzilliklərdə paltarları, məişət əşyalarını da bəzəyirdi. Bu gün Qurama Mərkəzində bu sənət növü sürətlə inkişaf edir. Burada müasir dünyamızda bu təkrarolunmaz incəsənət növünü yaşadan peşəkar kadrlar hazırlanır.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi “Qurama Art” sərgisi Bakı Fotoqrafiya Evində yanvarın 9-dək davam edəcək.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Azərbaycan Texniki Universitetinin kafedra müdiri Almaniyada elmi-tədqiqat işləri aparıb

Sürüşmə baş verən Altıağac–Xızı yolunda bərpa və möhkəmləndirmə işləri aparılır

Sadiq Qurbanov: Davamlı inkişaf iqtisadi, sosial və ekoloji amilləri vahid inkişaf modelində birləşdirir

BMT-nin Sülhməramlı Qüvvələrinin Livan-İsrail sərhədindəki mövqeyi atəşə tutulub

Naxçıvanda vergi daxilolmaları 10 faizdən çox artıb

Kasım-Jomart Tokayev: Mərkəzi Asiya dövlətləri və Azərbaycan süni intellektdən məsuliyyətli istifadə ilə bağlı bəyannamə hazırlamalıdır

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

Türk ekspert: Orta Dəhlizin rəqəmsallaşdırılması onun qlobal rəqabət qabiliyyətini daha da artıracaq

Azərbaycanın kibürtəhlükəsizlik üzrə nümayəndəsi beynəlxalq yarışda qalib olub

TBMM-in üzvü: Türkiyənin Azərbaycanın yaşadığı ağrılara və üzləşdiyi humanitar problemlərə laqeyd qalması mümkün deyil

İsa Həbibbəyli: “Davamlı inkişaf siyasəti” dərsliyi elmi ictimaiyyət üçün mühüm töhfədir

AFFA baş katibinin müşaviri: Hövsanda FIFA standartlarına uyğun 10 futbol meydançası istifadəyə hazırdır

Qazaxıstanda Birinci Türk xaqanlığı dövrünə aid qədim şəhər yeri aşkar edilib

Türkmənistan Prezidenti: Mərkəzi Asiya və Azərbaycanın logistika və enerji mərkəzləri kimi rolu artır

Fransa: Marin Lö Penin 140 milyard avroluq qənaət planı tənqid olunub

Peru Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsində maraqlıdır

Kənd Təsərrüfatı Nazirliyi pambıq məhsulunun dəyərini ala bilməyən fermerlərlə bağlı açıqlama yayıb

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

Nicə gedən turist hansı tarixi məkanları görəcək? VİDEO

QHT sədri: Azad edilmiş ərazilərdə quruculuq işləri Azərbaycanın əldə etdiyi tarixi nəticələrin real ifadəsidir

BMT Azərbaycandakı fəaliyyətini daha da genişləndirmək niyyətindədir

Qeyri-neft-qaz ixracında yeni mərhələ: Logistika xərclərinin kompensasiyası rəqabət imkanlarını necə dəyişəcək?

Dmitro Şlapaçenko: Təhsil gələcək nəsilləri inkişaf çağırışlarına hazırlayan əsas vasitədir

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB

Sərdar Berdiməhəmmədov: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə qoşulması məntiqi nəticədir

Bu il Azərbaycandan Türkmənistana məhsul ixracının dəyəri 23 faiz artıb – QRAFİK

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapılıb, 3 nəfərin axtarışları davam edir – YENİLƏNİB - 2 VİDEO

Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Akademik Rafael Hüseynov Tbilisidə keçirilən beynəlxalq konfransında çıxış edib

Gürcüstan Şərq-Qərb beynəlxalq avtomagistralında tikinti işlərini sürətləndirib

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO

“Səngərdən başlayan yol” - BDU-da hərbi-vətənpərvərlik görüşü

Pakistanda 9 terrorçu zərərsizləşdirilib

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 8 oktyabr

DİA rektoru: Azərbaycanda davamlı inkişaf üzrə tədris prosesi bir sıra ölkələrdən əvvəl başlayıb

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqi qarşıdakı strateji hədəfləri müəyyənləşdirir - ŞƏRH

Azərbaycana repatriasiya edilən daha 13 nəfərin sosial reabilitasiyasına başlanılıb

FIFA U-15 dünya çempionatı ilə bağlı Hövsan Yarış Kompleksinə mediatur təşkil edilib

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Qaradağda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb VİDEO

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib

Urxan Ələkbərov: Yeni texnologiyaların tədrisində təqdim olunan dərsliyin əhəmiyyəti böyükdür

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO

Binəqədidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

Fransa və Madaqaskar arasında hərbi sahədə əməkdaşlıq gücləndirilir

Politoloq: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq mövqeyini və strateji imkanlarını gücləndirir

Akademik Teymur Kərimli: Klassik irs sözün və milli düşüncənin gücünü nümayiş etdirir

Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb

Litvalı basketbolçu: Qrupdan çıxmaq üçün əlimizdən gələni edəcəyik

Anar Nağıyev: Ortaq mədəni irsin, dilin və dəyərlərin araşdırılması mühüm əhəmiyyət daşıyır

Arxeoloji irsin öyrənilməsi istiqamətində yeni tədqiqatlar - elmi seminar

Özəl sektorun iqtisadi proseslərdə rolu dəyərləndirilib

® ABB 12 ay faizsiz ödəniş imkanı yaradan “TamKart Max” kredit kartını təqdim edib

133 və 170 nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Sabunçuda avtomobillərin hərəkətinə məhdudiyyət tətbiq olunacaq

ABŞ-nin neft ehtiyatları azalır

Avropa çempionatı: Azərbaycanın 2 boksçusu yarımfinala vəsiqə qazanıb

İsmət Çətin: “Türk dili və ədəbiyyatının tədrisi” sipoziumu Türk dünyasının elmi əməkdaşlığına xidmət edir

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

İdeoloji təhlükəsizlik: yeni mərhələnin yeni çağırışı - ŞƏRH

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir

Ötən gün narkotiklərlə əlaqəli 20 fakt müəyyən edilib

Professor Mahirə Hüseynova: Türk dünyasının dilləri arasında kəskin fərqlər yoxdur

Azərbaycan taekvondoçusu Paris Qran-Prisində mübarizə aparacaq

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb

“Mən öz ağacımı əkmişəm”... - həyat yoldaşının şəhid Denis Əliyev haqqında xatirələri

Əhməd Bican Ərcilasun: Türk dili və ədəbiyyatının tədrisində dilin dərin qatlarının öyrənilməsi vacibdir

Qusarda yol infrastrukturu yenilənir – Piral kəndində 3,1 kilometr yol asfaltlanıb

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib

NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub

Prezident Kitabxanasında növbəti dəyirmi masa bəstəkar Aydın Əzimovun yaradıcılığına həsr olunub

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir

Öhdəliklərin icrasından yayınan Ermənistan, mənasını itirən Beynəlxalq Qızıl Xaç Komitəsi – TƏHLİL

ADU-da “Türk dili və ədəbiyyatının tədrisi” IV Beynəlxalq simpoziumunun açılışı olub

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib

ADU rektoru: Simpoziumun əsas məqsədlərindən biri gənc alimlər arasında elmi əlaqələrin qurulmasıdır

Dövlət Xidmətinin vəzifəli şəxsinin qanunsuz əməlləri barədə cinayət işi məhkəməyə göndərilib