BAKI FUTBOL FEDERASİYASI UEFA-NIN DİPLOMLARINA LAYİQ GÖRÜLMÜŞDÜR
AZƏRTAC xəbər verir ki, Bakı Futbol Federasiyası (BFF) UEFA-nın Avropanın regional futbol qurumları arasında keçirdiyi “Grassroots” proqramı üzrə illik müsabiqədə iki nominasiya üzrə qalib hesab edilmişdir. BFF veteranlarla işin təşkilinə və uşaq futbolunun inkişafında səmərəli fəaliyyətinə görə, 2006-cı ilin laureatı hesab edilmiş, UEFA-nın fəxri diplomlarına layiq görülmüşdür.
Xatırladaq ki, BFF ötən il Tofiq Bəhramov adına Respublika stadionunda Rusiya və SSRİ-nin Avropa və Olimpiya çempionlarından ibarət komandaları ilə Bakının veteranlardan ibarət yığması arasında görüşlər keçirmiş, “Şöhrət” ordeninə layiq görülmüş futbolçular Ələkbər Məmmədov və İsgəndər Cavadovun yubiley mərasimlərini təşkil etmişdir.
BFF-nin keçirdiyi “Sabahın ulduzları” və “Ümid” paytaxt çempionatları futbol ictimaiyyəti arasında böyük əks-səda doğurmuş, kiçik istedadların üzə çıxarılmasında əhəmiyyətli rol oynamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:03]
Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb
- 05.10.2026 [12:02]
“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb
- 05.10.2026 [10:50]
UEFA Millətlər Liqası: Türkiyə yığması bu gün İtaliyanın qonağı olacaq
- 05.10.2026 [09:49]
Beynəlxalq Şahmat Federasiyasının yeni prezidenti Bakıya gəlib
- 05.10.2026 [09:43]