BAKI İDMAN SARAYINDA MİNİ-FUTBOL TURNİRİ BAŞLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Bakı İdman Sarayında Azərbaycan-Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) sayca 5-ci mini-futbol turnirinə start verilmişdir.
Turnir TÜSİAB-ın yaranmasının 13-cü ildönümünə həsr olunmuşdur.
Mini-futbol turnirinin açılış mərasimində folklor qrupları konsert proqramı ilə çıxış etmişlər.
Sonra turnirin ilk oyunları başlanmışdır. Birinci olaraq meydançaya “AVİS”-“Spark Beton” və “ Concord MMC” -“Aral Qroup” komandaları çıxmışlar.
Yarış iki mərhələni əhatə edəcəkdir. İlk mərhələdə iki qrupa bölünmüş komandalar öz aralarında ən güclü 2 komandanı müəyyənləşdirəcəklər. Daha sonra yarımfinal, 3-cü yer uğrunda və final oyunları keçiriləcəkdir.
İlk üç yeri tutan komandalar TÜSİAB-ın kuboku və fəxri diplomları ilə təltif olunacaqlar.
Yarışı AFFA-nın hakimlər briqadası idarə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:49]
AVRO-2028: Azərbaycan millisinin püşkatmadakı səbəti dəqiqləşib
- 07.10.2026 [12:39]
Türkiyə klubu Karlos Teveslə maraqlanır
- 07.10.2026 [11:20]
Türkiyə millisinin baş məşqçisi istefaya göndərilir
- 07.10.2026 [11:19]
Novak Cokoviç 7-ci dəfə “China Open” turnirinin qalibi olub
- 07.10.2026 [10:57]
Lionel Messi: Millidə həmişəlik qalmaq istərdim, lakin artıq getmək vaxtıdır
- 07.10.2026 [10:40]
Azərbaycanın daha 5 boksçusu Avropa çempionatında 1/4 finala yüksəlib
- 07.10.2026 [10:24]