Bakı İstedadlar Təhsil Kompleksinin şagirdinə zəlzələ zamanı davranış qaydaları haqqında məlumat verilib
Bakı, 9 fevral, AZƏRTAC
RSXM əməkdaşları təlim keçib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) əməkdaşlarının orta məktəblərdə zəlzələ zamanı davranış qaydalarına dair apardığı maarifləndirmə tədbirləri maraq doğurur.
Mərkəzdən AZƏRTAC-a bildirilib ki, Bakı İstedadlar Təhsil Kompleksinin rəhbərliyinin müraciəti əsasında məktəbin şagirdi Kyros Austheim üç gün müddətində RSXM-də təlim keçib.
Mərkəzin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Səbinə Kazımovanın rəhbərliyi ilə keçirilən təlimdə məktəbliyə zəlzələ, onun başvermə səbəbləri və zəlzələ zamanı davranış qaydalarına dair məlumat verilib.