Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakı Metropoliteni IV İslam Həmrəyliyi Oyunlarına hazırdır

Bakı, 12 may, AZƏRTAC

Bu gün açılış mərasimi ilə başlayacaq IV İslam Həmrəyliyi Oyunlarına "Bakı Metropoliteni" QSC-də xüsusi hazırlıq tədbirləri görülüb. Oyunların ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, tədbirlər planında sərnişinlərin metropolitendən tam rahat və təhlükəsiz istifadəsi ilə yanaşı, bir sıra başqa əhəmiyyətli yeniliklər də nəzərə alınıb. Məqsəd həm də qonaqların paytaxtımız haqqında müfəssəl məlumat alması, mədəni-sosial mühitimizlə yaxından tanış olması üçün onlara ən münbit şəraiti yaratmaqdır.

AZƏRTAC xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

"Bu məqsədlə sərnişinlərə paytaxtımızdakı idman və sosial-mədəni obyektlərin göstəricisi olan xəritə hazırlanıb, xüsusi yaddaş kitabçaları da əcnəbi qonaqlara paylanacaq. Təbliğat xarakterli bu aksiyanın daha geniş xarakter alması üçün onların əcnəbilərə təqdim edilməsi məqsədilə şəhərin ən iri ticarət mərkəzlərinə, mehmanxanalarına da təqdim olunub. İslam Həmrəyliyi Oyunlarının ab-havasının yaradılması məqsədilə stansiyalarda xüsusi plakat və bannerlər yerləşdirilib. Ölkəmizin idmançıları da yaddan çıxarılmayıb. Onları ruhlandırmaq, əhalinin onlara dəstəyini artırmaq məqsədilə "Millimizə dəstək olaq!" aksiyası çərçivəsində stansiyalardakı monitorlarda müvafiq tematik slaydlar nümayiş etdirilir. "Bakı-2015" Avropa Oyunları ilə müqayisədə bu aksiya daha geniş miqyasda və daha çox stansiyada təbliğ edilir. Yarışların keçiriləcəyi arenaların yaxınlığında yerləşən stansiyalarda sərnişinlərin, xüsusən də əcnəbilərin səmti asanlıqla müəyyən etməsi üçün Azərbaycan və ingilis dillərində məlumat lövhələri yerləşdirilib", - deyə N.Paşayev qeyd edib.

Diqqətə çatdırılıb ki, "Bakı Metropoliteni" QSC-nin rəhbərliyi Avropa Oyunlarının təcrübəsinin faydasını nəzərə alaraq, bu dəfə də könüllülərin xidmətindən istifadə edəcək. Xəbər verdiyimiz kimi, könüllülər idman yarışlarının keçirildiyi arenalara yaxın və şəhərin mərkəzini əhatə edən stansiyalarda üzərində "Ask me" yazılmış xüsusi geyimlərlə qonaqlara xidmət göstərirlər.

Bakı Metropoliteni İslam Həmrəyliyi Oyunları müddətində gücləndirilmiş iş rejimində çalışacaq. Metropoliten açılış və bağlanış mərasimlərinin keçiriləcəyi günlər gecə saat 2-yə, qalan günlər isə saat 1-ə qədər sərnişinləri mənzil başına çatdıracaq. Sərnişin axınından asılı olaraq, bu qrafik uzadıla da bilər.

Bakı Olimpiya Stadionunda təşkil olunacaq açılış və bağlanış mərasimləri, həmçinin yarış günlərində sərnişin axınının mümkün istiqamətləri təhlil edilərək, qatarların metropolitendə xüsusi hərəkət qrafiki hazırlanıb.

Açılış və bağlanış mərasimləri müddətində sərnişin rahatlığı və təhlükəsizliyi ilə bağlı xüsusi addımlar atılıb. Hər iki mərasim başa çatdıqdan sonra qatarların hərəkət cədvəli metropolitendə gur saatlarda tətbiq edilən hərəkət qrafikinə uyğun olacaq. Qrafikə uyğun olaraq, stansiyada qatarların hərəkət intervalı 2 dəqiqəyə bərabər olacaq. Lakin zərurət yaranarsa, ehtiyat qatarların da xəttə buraxılması nəzərdə tutulub. Bu isə qatarların sayının artırılaraq intervalın bir qədər də azaldılmasına və sərnişinlərin daşınma rahatlığının və təhlükəsizliyinin optimal həddə çatdırılmasına imkan verəcək. Hər iki mərasimin başa çatdığı vaxt metropolitendə sərnişin axınının miqyası, qatarların sərnişin tutumu imkanları, xüsusi gücləndirilmiş iş rejimi şəraitində stansiyanın sərnişin-buraxıcılıq qabiliyyəti nəzərə alınmaqla, metropolitenin bu işin öhdəsindən layiqincə gələcəyi şübhə doğurmur.

N.Paşayev deyib ki, müvafiq dövlət strukturları, eləcə də "Bakı-2017" İslam Oyunlarının Əməliyyat Komitəsi ilə razılaşdırılmış qaydada açılış və bağlanış mərasimlərindən sonra sərnişinlərin Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən "Koroğlu" stansiyasına giriş-çıxışın tənzimlənməsində də yenilik var. Mərasimlərdən sonra sərnişinlərin stansiyaya "Alov" parkı istiqamətindən daxil olacağını nəzərə alaraq, burada birtərəfli gediş təşkil ediləcək və bu səmtə doğru sərnişin hərəkətinə tam məhdudiyyət qoyulacaq. Bu, "Alov" parkına doğru keçiddən istifadə etmək istəyən sərnişinlərin təhlükəsizliyi məqsədilə atılmış addımdır. "Alov" parkına doğru keçmək istəyən sərnişinlər stansiya yaxınlığında yerləşən "Koroğlu" Nəqliyyatı Mübadilə Mərkəzindən şəhər istiqamətində hərəkət edən avtobusların xidmətindən istifadə edib əks tərəfə keçə biləcəklər. Qalan bütün istiqamətlərdə sərnişinlərin stansiyaya giriş-çıxışı, həmçinin keçidlərdən istifadəsinə heç bir məhdudiyyət qoyulmayacaq.

Onu da əlavə edək ki, açılış və bağlanış günlərində bileti olan sərnişinlərin, həmçinin akkreditə olunmuş şəxslərin stansiyadan pulsuz istifadə etməsində, sərnişinlərin mərasimlərdən sonra stansiyaya daxil olmasında hər hansı problem müşahidə olunmayacaq.

Tədbirlər planına uyğun olaraq, "Koroğlu" stansiyasında operativ qərargah fəaliyyət göstərməyə başlayıb. Buradan əməliyyat-qrafik üzrə tədbirlərin yerinə yetirilməsi, hərəkətin tənzimlənməsi və digər vacib qərarların verilməsinin təmin edilməsi üçün müvafiq şərait yaradılıb. Stansiyada tibb məntəqəsinin və digər müvafiq strukturların fəaliyyəti üçün lazımi imkanlar yaradılıb.

Həmçinin digər stansiyalarda da gücləndirilmiş iş rejimi qaydasında metropolitenin müvafiq rəhbər, mütəxəssis və işçi heyətindən ibarət operativ mərkəzlər fəaliyyət göstərəcək və onların fəaliyyəti əsas qərargahdan idarə olunacaq. "Koroğlu" stansiyası ilə yanaşı, Bakı Olimpiya Stadionundan hərəkət edəcək yerüstü ictimai nəqliyyatın mübadilə mərkəzləri kimi seçilmiş "Qara Qarayev", "Gənclik" və "Sahil" stansiyalarında hərəkətin təşkil edilməsi üzrə təcrübəli mütəxəssislər də daxil olmaqla, xüsusi mərkəzlər fəaliyyətdə olacaq. Çünki həmin istiqamətlərdə də hərəkət edən sərnişinlərin böyük əksəriyyəti potensial olaraq yenidən metropolitenin xidmətindən istifadə edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Medvedev: Biz İranla olan münasibətlərimizi başqa ölkəyə qurban verməyəcəyik

Yəmənin husilərin nəzarətində olan Səna şəhərinə bir neçə hava zərbələri endirilib

Media: İran Hörmüz boğazına tam nəzarət etdiyini nümayiş etdirməkdə qərarlıdır

İrakli Kobaxidze: Gürcüstan hər il müdafiə sisteminin gücləndirilməsinə yüz milyonlarla dollar xərcləyir

Fransada lisey şagirdi polis tərəfindən açılan atəşdən sonra bir gözünü itirib

Heqset: ABŞ İranın dəniz blokadasını lazım olduğu qədər davam etdirə bilər

İrakli Kobaxidze: TRIPP layihəsi Orta Dəhlizə rəqib deyil

Siyavuş Kərimi: Ümidvaram ki, "Cənnətin iqamətgahı” filmi beynəlxalq arenada da təqdim olunacaq

İsmayıl Kartal: Azərbaycan və Türkiyə iki dövlət, bir millətdir

Baş nazir: Keşikçidağ ərazisinin demarkasiyası və delimitasiyası üzərində dostcasına işləyirik

Kamran Qasımov: "Cənnətin iqamətgahı” Ordubadın zəngin tarixinin tanıdılmasında mühüm rol oynayacaq

Yoldaşlıq oyunu: "Fənərbağça" "Turan Tovuz"a qalib gəlib

Qazaxıstan teatr kollektivinin Şəkidəki çıxışı maraqla qarşılanıb

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Azərbaycan üzgüçüsü: Dünya Kubokunda 7-ci pillədə olmaq pis göstərici deyil VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

Dünya Kuboku: Bakı mərhələsinə yekun vurulub VİDEO

“BAKU JAZZ FESTIVAL-2026”: Caz bayramının 21 yaşı tamam olur

Türkiyə Prezidenti Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını edib

Milli Aviasiya Akademiyası “ADEX 2026” – 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edib

Ordubadın tarix və mədəniyyətinə ekran səyahəti – “Cənnətin iqamətgahı”

Suverenlikdən sonrakı mərhələ: VIII Qurultay nitqinin strateji hədəfləri və Azərbaycanın yeni güc formulu - ŞƏRH

Milli Məclisin sədri Sahibə Qafarova Tanzaniyada işgüzar səfərdədir

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya yalnız 1993-cü ildən sonra müəyyənləşdirildi – ŞƏRH

Bu saata olan əsas xəbərlər

Səadət Yusifova: Azərbaycanın mədəni irsinə dair yeni filmlər təqdim olunacaq

Yəməndə mülki şəxslər arasında itkilərin sayı 600-ü ötüb

Britaniyada enerji qiymətlərinin ağır qış böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edilib

Paytaxtda market və avtomobildən oğurluq edən şəxslər saxlanılıblar

Nəcəf hava limanından İrana gündəlik 40 uçuşa icazə verilib

Heydər Əliyev - Azərbaycanda inkişafın təməlini qoyan siyasi xadim - ŞƏRH

Britaniyada iki İran vətəndaşı terror planı ittihamı ilə məhkəmə qarşısına çıxarılıb

Qalib Qasımov: Qlobal təsirlərə qarşı ən güclü silahımız milli yaddaşımızdır

Sudanda 25-dən çox mülki şəxsin öldürüldüyü iddia edilir

Rəcəb Tayyib Ərdoğan: Ankaranın dostları nə qədər güclü olarsa, Türkiyə də bir o qədər qüdrətli olacaq

Qazaxda Motokros Çempionatının III mərhələsi keçirilib

Media: Efiopiya federal qüvvələri Mekele hava limanına nəzarəti geri qaytarıb

Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanılıb

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb

Ulu Öndərin dövlət idarəçiliyi konsepsiyasında hüquqi dövlət quruculuğu mühüm yer tuturdu ŞƏRH

Gültəkin Mustafayeva: Azərbaycanı təbliğ etmək bizim üçün şərəfdir

Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir: Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Rusiya XİN xarici vətəndaşlara və diplomatlara Kiyevi yenidən tərk etməyi tövsiyə edib

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

Azərbaycanın zəngin mədəniyyəti Tbilisinin şəhər günündə nümayiş etdirilib VİDEO

“Fənərbağça” rəhbərliyi Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Elçin Məsiyev Millətlər Liqasının oyununa təyinat alıb

Geniş təfəkkürün ensiklopedik elmi baxışları

Nərimanov rayonunda oğurluq edənlər saxlanılıblar

Azərbaycanın uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin siyasəti dayanır - ŞƏRH

UNEC THE Dünya Universitetləri Reytinqində dünya liderlərini geridə qoyub

Bakıda üzgüçülük üzrə Dünya Kubokunda Azərbaycan rekordları qeydə alınıb

Murad Hüseynov: İlyas Əfəndiyevin irsi həmişə müasir olaraq qalacaq

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Professor Eva-Maria Aux: “Kitabi-Dədə Qorqud” Şərq və Qərb arasında möhkəm bir körpüdür VİDEO

Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir

Günay Əfəndiyeva: İlyas Əfəndiyev öz əqidəsinə və dəyərlərimizə sadiq şəxsiyyət kimi yaddaşlarda yaşayır

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Akademik Kamal Abdulla: Drezdendə “Kitabi-Dədə Qorqud”la bağlı simpoziumun keçirilməsi mühüm hadisədir VİDEO

Rüstəm Orucov: İki qızıl medalla rekordumuzu təkrarlaya bilərik

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezden Kitabxanasının rəhbəri: “Kitabi-Dədə Qorqud” dastanına dair beynəlxalq tədbirə ev sahibliyi etməkdən məmnunuq VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Drezdendə “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı beynəlxalq elmi simpozium keçirilib VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından  REPORTAJ  VİDEO

Silah səslərindən saz avazına: Suqovuşanın yeni həyatından REPORTAJ VİDEO

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı - ŞƏRH

DİN: 68 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Torpaq sürüşməsi Quba-Xınalıq yolunu bağlayıb VİDEO

Türkiyə Prezidenti: Türk dövlətlərinin həmrəyliyinin sarsılmaz olaraq qalmasını arzulayıram

Ankarada kəlağayı ənənələrinə həsr olunmuş rəsm sərgisi açılıb

Azərbaycanın və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Almaniyada ölkənin yenidən birləşməsinin 36-cı ildönümü – Birlik Günü qeyd olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı dövlətçilik siyasətinin yeni mərhələsidir - ŞƏRH

Orxan Səfərov: Cüdoda proqnoz vermək çətindir, lakin komandamızdan yüksək nəticə gözləyirik

Avropa təamları diplomatların təqdimatında: Bakıda Kulinariya Festivalı

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

İntensiv yağışlarla əlaqədar sukanal idarələri gücləndirilmiş rejimdə çalışır VİDEO

YAP-ın VIII Qurultayı Azərbaycanın gələcək inkişaf prioritetlərinə işıq salır – ŞƏRH

Kubanıçbek Ömüralıyev: Bu gün Türk Dövlətləri Təşkilatı daha möhkəm təməllər üzərində dayanır

YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələr gələcək uğurlar, zəfərlər üçün yol xəritəsidir ŞƏRH

Heydər Əliyevin siyasəti yaşayır, qalib gəlir və Azərbaycan xalqını xoşbəxt gələcəyə aparır - ŞƏRH

III Beynəlxalq Opera Festivalı Gəncədə sənətsevərləri bir araya gətirib

Bakının bəzi yollarında sürət həddi endirilib

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

Azərbaycanın son illərdə beynəlxalq münasibətlər sistemində artan çəkisi təsadüfi proses deyil ŞƏRH

Ayxan Abbasov: Son oyundakı məyusluğu geridə qoyub, Litvaya qarşı daha yaxşı oynamalıyıq

Proqnoz: Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Xalq yazıçısı İlyas Əfəndiyev vəfatının 30-cu ildönümündə məzarı başında anılıb

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Suqovuşan və Talış zəfəri: Şimal cəbhəsində strateji üstünlüyü təmin edən əməliyyat VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Çində dəmir yolu ilə sərnişin daşınmasında rekord qeydə alınıb VİDEO

Tural Gəncəliyev: 3 oktyabr Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi yolunda tarixi dönüşün rəmzlərindəndir

Xalqın inamından tarixi Zəfərə ŞƏRH

“Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının daha bir regional turu geridə qalıb

Dubay-Ben-Qurion uçuş reysində terror aktına cəhd olub

3 oktyabr – dövlətçiliyimizin taleyini müəyyən edən tarixi seçim - ŞƏRH

Rusiya ordusunun hərbi və komanda məntəqələrinə hava zərbələri endirilib

Bakıda bir sıra yolötürücülərində gecə saatlarında instrumental müayinələr aparılacaq

Ulu Öndərin xarici siyasət kursunda milli maraqların qorunması əsas prinsip idi RƏY

Heydər Əliyev siyasi irsi Azərbaycanın siyasi və iqtisadi suverenliyinin möhkəm təməlidir – ŞƏRH

Suqovuşan qəsəbəsinə və Talış kəndinə köçürülən sakinlərdən 230-u məşğulluq tədbirlərinə cəlb edilib

ADY: Yağışlı və küləkli hava şəraitində dəmir yollarına nəzarət gücləndirilib

Vətəndaşlar “Açıq qapı” günü aksiyalarında pulsuz hüquqi yardımdan yararlanıblar

FHN Qaz Emalı Zavodunda yanğın-taktiki təlim keçirib

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 3 oktyabr

Qrız, Xınalıq, Qusar və Şahdağda qar yağır - Faktiki hava

“Ordunun Səsi Radiosu” - bir il sizinlə...

Azərbaycanın batut gimnastları beynəlxalq turnirdə 6 medal qazanıblar