Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarlarına 1000-ə yaxın ağac əkilib
Şəmkir, 18 mart, AZƏRTAC
Şəmkir rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, ekoloji tədbirdə rayon icra hakimiyyətinin, Kommunal Müəssisələr Kombinatının əməkdaşları, ictimaiyyət nümayəndələri, sakinlər iştirak ediblər. Bakı-Qazax-Gürcüstan avtomobil yolunun kənarlarına 1000-ə yaxın Eldar şamı, iynəyarpaqlı və iqlim şəraitinə uyğunlaşdırılmış dekorativ ağaclar əkilib.
Ərazidə abadlıq işləri görülüb, yaşıllıqların suvarılması təmin edilib.
Müxbir – Vüsalə Cənnətova