Bakı–Qazax yolunda mikroavtobusla yük maşını toqquşub: 10 nəfər xəsarət alıb VİDEO
Ucar, 23 iyul, Rəşad Türkoğlu, AZƏRTAC
Ucarda mikroavtobusla yük maşını toqquşub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi xəbərə görə, hadisə Bakı–Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir.
Faktla bağlı araşdırma aparılır.