Bakı sakini İrena Əliyeva: Biz qəhrəman şəhidlərimizi heç zaman unutmayacağıq
Bakı, 4 dekabr, AZƏRTAC
Bakıda 1968-ci ildən yaşayıram. Bakıya həyat yoldaşımla birlikdə gəlmişəm. Azərbaycan mənim ikinci Vətənimdir. Bu gözəl diyarı, onun insanlarını çox sevirəm. Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi mənim üçün də çox əzizdir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində dekabrın 4-də Bakıdakı Müqəddəs Məryəm Katolik Kilsəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin anım mərasiminin iştirakçısı İrena Əliyeva göz yaşları içində söyləyib.
İrena xanım deyib: “Bu gün dini ayinlər icra etdik, şəhidlərin ruhuna dualar oxuduq. Onlar gənc yaşlarında həyatlarını Vətən torpaqlarının azadlığı naminə qurban veriblər. Şəhidlərin ruhu qarşısında baş əyirik. Biz bu qəhrəmanları heç zaman unutmayacağıq. Uşaqlarımız, nəvələrimiz də onları həmişə xatırlayacaqlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]